Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Press-relizlər

tarixindən tarixinə
Cəlilabad rayon sakini A.Əliyevin idarə etdiyi avtomobildən 144 qramdan artıq metamfetamin və marixuana götürülmüşdür
19 noyabr 2021 12:32Biləsuvar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Cəlilabad rayon sakini A.Əliyevin idarə etdiyi “VAZ-21063” markalı avtomobilə baxış zamanı oradan 144 qramdan artıq metamfetamin və marixuana aşkar edilərək götürülmüşdür.
Goranboy rayonu ərazisində 2 avtomobildən oğurluq etməkdə şübhəli bilinən Samux rayon sakini N.Hüseynov saxlanılmışdır
19 noyabr 2021 12:29Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri  nəticəsində rayon ərazisində 2 avtomobildən maqnitofon, səsgücləndirici, gödəkcə və akkumulyator oğurlamaqda şübhəli bilinən Samux rayon sakini, əvvəllər məhkum olunmuş N.Hüseynov saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun həmyerlisi R.Həsənovla birgə daha 2 avtomobildən akkumulyator, maqnitofon və səsgücləndirici oğurlaması müəyyən edilmişdir.

Əməliyyat-axtarış tədbirləri nəticəsində R.Həsənov da polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Qax rayonunun Ağçay kəndi ərazisində qanunusuz ov edən şəxslər saxlanılmışlar
19 noyabr 2021 09:46Qax RPŞ-nin əməkdaşları tərəfindən noyabrın 19-da Ağçay kəndi ərazisində qanunusuz ov edən Balakən rayon sakini P.Əmrəliyev, Dəymadağlı kənd sakinləri R.Abbasov və Ə.Məmmədov saxlanılmışlar. Ə.Məmmədovdan “İJ-18” markalı tüfəng götürülmüşdür.
Binəqədi qəsəbəsində 11 evdən su sayğacı oğurlayan şəxs saxlanılıb
19 noyabr 2021 14:51Binəqədi rayonunda müxtəlif ünvanlarda “Azərsu” ASC tərəfindən quraşdırılan 11 ədəd su sayğacını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Binəqədi qəsəbəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Teymur Allahverdiyev tutularaq istintaqa təqdim edilib. Həmin şəxs ifadəsində oğurladığı sayğacları hissələrə ayıraraq metal qəbulu məntəqələrinə satdığını bildirib. Oğurlanan sayğaclardan bir qismi saxlanılan şəxsdən aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Teymur Allahverdiyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Binəqədi Rayon Polis İdarəsinə, ərazi üzrə polis orqanlarına, həmçinin "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin rəsmi sosial şəbəkə hesablarına  məlumat verə bilərlər.
Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 27 saxlanılıb
19 noyabr 2021 14:41Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının cari ilin noyabr ayının 1-dən bu günə kimi rayon ərazisində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zabrat, Bakıxanov, Balaxanı və digər qəsəbələrdə narkotik vasitələrin qanunuz dövriyyəsi ilə məşğul olan daha 27 nəfər saxlanılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan həmin şəxslər barəsində Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Həmin şəxslərdən 22-si barəsində məhkəmə orqanları tərəfindən həbs və digər növdən olan qətimkan tədbirləri seçilib. Saxlanılanlardan 5 nəfəri barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və onlar cərimə olunublar. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərdən külli miqdarda narkotik vasitə və psixotrop maddələr aşkar edilib.

Sabunçu Rayon Polis İdarəsinin daxil olmuş məlumat əsasında həyata keçirdiyi növbəti əməliyyat-axtarış tədbiri nəticəsində Ramana qəsəbə sakini Əfqan Həbibov yaşadığı evdə qanunsuz olaraq odlu silah gizlətməkdə şübhəli bilindiyi üçün saxlanılıb. Onun mənzilinə baxış zamanı müvafiq sənədləri olmayan yivli  “TOZ-8” markalı tüfəng və 23 ədəd patron aşkar edilərək götürülüb. Əfqan Həbibov silahı bir müddət əvvəl tapdığını, lakin polis əməkdaşlarına təhvil verməyərək özündə saxladığını bildirib.

Qeyd olunan faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Narkotik vasitələrin dövriyyədən çıxarılması və qeydə alınan digər hüquqazidd əməlləri törədən şəxlərin ifşa edilməsi istiqamətində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
Gün ərzində törədilmiş 43 cinayətin üstü “isti izlər”lə açılmışdır
18 noyabr 2021 11:48Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 43 cinayətin üstü “isti izlər”lə açılmışdır.
  • Əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunmuşdur.
  • Axtarışda olduğuna görə ümumilikdə 94 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 80 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüşdür.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılmışdır.
Mingəçevir şəhəri ərazisində 16 yaşlı Orxan Kərimovu odlu silahdan atəş açaraq öldürməkdə şübhəli bilinən Ə.Qasımov tutularaq istintaqa cəlb edilmişdir
18 noyabr 2021 11:59Mingəçevir Şəhər Polis Şöbəsinə noyabrın 18-də saat 20 radələrində Yeni Həyat qəsəbəsi ərazisində Xocalı rayon sakini, 16 yaşlı Orxan Kərimovun odlu silahdan açılmış atəşlə öldürülməsi barədə məlumat daxil olmuşdur.

Dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Aparılmış araşdırmalarla Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Qasımovun münaqişə zəminində “Makarov” tipli tapançadan atəş açaraq O.Kərimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanmışdır.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Qasımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir. Ondan cinayəti törədərkən istifadə etdiyi “Makarov” markalı tapança və 6 ədəd patron götürülmüşdür.  

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Binəqədi rayonu ərazisində “Toyota” markalı avtomobillə piyada vurulmuşdur
18 noyabr 2021 11:55Noyabrın 18-də saat 18 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini M.Fərhadov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən piyadanı vurmuş, həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində “VAZ-21154” markalı avtomobillə piyada vurulmuşdur
18 noyabr 2021 11:55Noyabrın 18-də saat 17 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində Gəncə şəhər sakini O.Məmmədov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən piyadanı vurmuş və o, aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Binəqədi rayonu ərazisindəki 4 evin həyətindən oğurluq etməkdə şübhəli bilinən R.İsgəndərov saxlanılmışdır
18 noyabr 2021 11:54Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda 4 evin həyətindən su sayğacları, elektrik naqili və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.İsgəndərov saxlanılmışdır.
[<<] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [>>]




Çap et  Çap et