Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Press-relizlər

tarixindən tarixinə
Bakı şəhər sakini A.Əliyev “Makarov” markalı tapançanı və 31 ədəd patronu könüllü olaraq polisə təhvil vermişdir
22 noyabr 2021 11:13Polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini A.Əliyev “Makarov” markalı tapançanı və 31 ədəd patronu könüllü olaraq Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə təhvil vermişdir.
Quba rayonunun Barlı kəndi ərazisində “Qazax Sement Zavodu” MMC-yə məxsus qum-çınqıl karxanasından oğurluq etməkdə şübhəli bilinən H.Piriyev və E.Muradov saxlanılmışlar
22 noyabr 2021 12:28Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 8-də Barlı kəndi ərazisində “Qazax Sement Zavodu” MMC-yə məxsus qum-çınqıl karxanasından texnikalara aid ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Sumqayıt şəhər sakini H.Piriyev və Salyan rayon sakini E.Muradov saxlanılmışlar.
Salyan rayonunun Yenikənd kənd sakini İ.Ağasıyevdən qanunsuz saxladığı ov tüfəngi götürülmüşdür
22 noyabr 2021 08:43Salyan RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Yenikənd kənd sakini, əvvəllər məhkum olunmuş İ.Ağasıyevdən qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi götürülmüşdür.
Beyləqan rayon sakinləri S.Qarayevdən, N.Cəfərlidən və E.Cəfərovdan qanunsuz saxladıqları 3 ədəd ov tüfəngi götürülmüşdür
22 noyabr 2021 08:42Beyləqan RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əlinəzərli kənd sakini S.Qarayevdən, Eyvazalılar kənd sakinləri N.Cəfərlidən və E.Cəfərovdan qanunsuz saxladıqları “TOZ-16” markalı 3 ədəd ov tüfəngi götürülmüşdür.
Kartdan oğurladıqları 27 min dolları ödənişli virtual oyunlara xərcləyən “gamer”lər müəyyən ediliblər
22 noyabr 2021 16:16Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə şikayət edən ölkəmizdə yaşayan xarici dövlətlərdən birinin vətəndaşı onun bank kartından 27 min dolların naməlum şəxslər tərəfindən oğurlandığını bildirib. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Zöhrab Əliyev və Orxan Qafarov saxlanılaraq istintaqa təqdim ediliblər.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər ödənişli virtual oyunlardan istifadə edən zaman zərərçəkənin kartından istifadə ediblər. Daha sonra həmin kartda olan pul vəsaitini onlayn alış-veriş saytlarında xərcləyərək müxtəlif təyinatlı ödənişlər ediblər. Həmin şəxslər ifadələrində etdikləri əməli etiraf ediblər.

Qeyd edilən faktla bağlı Zöhrab Əliyev və Orxan Qafarov barəsində Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.
Yasamalda bir evdən 15 min manatlıq qızıl, eləcə də yeni tikilməkdə olan binalarda ustaların təmir-tikinti alətlərini oğurlayan şəxslər saxlanılıblar
22 noyabr 2021 15:05Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində rayon ərazisində yerləşən evlərdən birindən dəyəri 15 min manat olan qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Vüsal Rzayev tutlaraq istintaqa təqdim edilib. Araşdırma zamanı onun qızıl-zinət əşyalarını dəyər-dəyməzinə, yəni 6000 manata sataraq şəxsi ehtiyacları üçün xərclədiyi məlum olub.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əmədaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə rayon ərazisində silsilə oğurluqlar edən əvvəllər məhkum olunmuş Orxan Hüseynov saxlanılıb. Onun Yeni Yasamal ərazisində yeni tikilməkdə olan binalarda usta işləyən şəxslərin təmir-tikinti alətlərini, həmçinin qeyd edilən ərazidə yerləşən mağazalardan birindən pul və tütün məmulatları oğurladığı məlum olub.

Qeyd edilən faktlarla bağlı Vüsal Rzayev və Orxan Hüseynov barəsində Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Vüsal Rzayev və Orxan Hüseynovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə, eləcə də Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

Yasamal rayonunda “Mitsubishi Pajero” markalı avtomobillərin katalizorlarını oğurlayan şəxs saxlanılıb
22 noyabr 2021 11:46Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt ərazisində avtomobillərin səsboğucu sistemi, yəni katalizatorlarını oğurlayan şəxs saxlanılıb. Əməliyyat zamanı Bakı şəhər sakini Xəyal Hüseynzadə tutularaq istintaqa təqdim edilib. Araşdırma zamanı onun Yasamal və paytaxtın digər rayonlarında ümumilikdə 6 avtomobilin katalizatorunu oğurladığı məlum olub. Xəyal Hüseynzadə əsasən “Mitsubishi Pajero” markalı avtomobillərin katalizorlarını kəsib oğurladığını etiraf edib.

Qeyd edək ki, oğurlanan katalizatorlardan bir neçəsi Xəyal Hüseynzadə saxlanılan zaman onun üzərindən aşkar olunub.

Saxlanılan şəxs barəsində 26-cı Polis Bölməsində toplanan materiallar araşdırmanın davam etdirilməsi üçün istintaqa göndərilib. Saxlanılan şəxsin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəyal Hüseynzadənin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə, eləcə də Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

Gün ərzində törədilmiş 31 cinayətin üstü “isti izlər”lə açılmışdır
21 noyabr 2021 12:02Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 31 cinayətin üstü “isti izlər”lə açılmışdır.
  • Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunmuşdur.
  • Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüşdür.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılmışdır.
Xətai rayonu ərazisində “Opel” markalı avtomobil dirəyə, sonra isə mağazanın divarına çırpılmışdır
21 noyabr 2021 12:27Noyabrın 21-də saat 12 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini İlqar Qurbanov (ürək tutması nəticəsində) idarə etdiyi “Opel” markalı avtomobili dirəyə, sonra isə mağazanın divarına vurmuş və o, hadisə yerində ölmüşdür.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Sumqayıt şəhər sakini S.Musayevdən 405 qram marixuana aşkar edilərək götürülmüşdür
21 noyabr 2021 12:27Sumqayıt ŞPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş S.Musayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 405 qram marixuana aşkar edilərək götürülmüşdür.
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [>>]




Çap et  Çap et