Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Press-relizlər

tarixindən tarixinə
Gün ərzində törədilmiş 51 cinayətin üstü “isti izlər”lə açılmışdır
23 noyabr 2021 15:29

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 51 cinayətin üstü “isti izlər”lə açılmışdır.  

  • Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunmuşdur.    
  • Axtarışda olduğuna görə ümumilikdə 82 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 69 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır.   
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılmışdır.

Gün ərzində törədilmiş 32 cinayətin üstü “isti izlər”lə açılmışdır
22 noyabr 2021 11:10Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 32 cinayətin üstü “isti izlər”lə açılmışdır.
  • Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunmuşdur.
  • Axtarışda olduğuna görə ümumilikdə 93 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 77 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüşdür.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılmışdır.
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
22 noyabr 2021 11:09Noyabrın 22-də polis əməkdaşları tərəfindən respublika ərazisində 3 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları “COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Göyçay rayonunun Bəydövül kənd sakini E.İsmayılovu qəsdən öldürməkdə şübhəli bilinən həmkəndlisi Q.Mustafayev tutularaq istintaqa təhvil verilmişdir
22 noyabr 2021 11:24Göyçay Rayon Polis Şöbəsinə noyabrın 22-də Bəydövül kənd sakini 38 yaşlı Elvin İsmayılovun bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olmuşdur.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Aparılmış araşdırmalarla kənd sakini Q.Mustafayevin münaqişə zəminində E.İsmayılova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində “Lada Granta” markalı avtomobil və “Daewoo” markalı avtobus toqquşmuşdur
22 noyabr 2021 11:21Noyabrın 22-də saat 14 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Rahim Həbibovun idarə etdiyi “Lada Granta” markalı avtomobil və A.Əliyevin 186 saylı marşrut xətti üzrə idarə etdiyi “Daewoo” markalı avtobus toqquşmuşdur. Nəticədə R.Həbibov aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində bir “BMW” və iki “KamAZ” markalı avtomobillər toqquşmuşdur
22 noyabr 2021 11:22Noyabrın 22-də saat 23 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Nadir Rüstəmlinin idarə etdiyi “BMW”, C.Əliyevin idarə etdiyi “KamAZ” və R.Cəfərovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşmuşdur. Nəticədə N.Rüstəmli aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Tərtər rayonunun Hacıqərvənd kəndi ərzisində “VAZ-2106” və “VAZ-2107” markalı avtomobillər toqquşmuşdur
22 noyabr 2021 11:21Noyabrın 22-də saat 14 radələrində Tərtər rayonunun Hacıqərvənd kəndi ərzisində rayon sakinləri Q.Bayramlının idarə etdiyi “VAZ-2106” və Y.Səfərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşmuşdur. Xəstəxanaya yerləşdirilmiş Q.Bayramlının sərnişini Sərxan Verdiyev ölmüşdür.

Tərtər RPŞ tərəfindən araşdırma aparılır.

Xəzər rayonunun Buzovna qəsəbəsindəki həyətlərin birindən dəmir borular və su mühərriki oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
22 noyabr 2021 11:19Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 18-dən 21-dək olan müddətdə Buzovna qəsəbəsindəki həyətlərin birindən 2000 manat dəyərində dəmir borular və su mühərriki oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri T.İmanov və F.Cabbarov saxlanılmışlar.
Binəqədi rayonu ərazisindəki evlərin birindən kombi, santexnika və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən S.Ağayev saxlanılmışdır
22 noyabr 2021 11:20Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 16-da rayon ərazisindəki evlərin birindən 2405 manat dəyərində kombi, santexnika və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini S.Ağayev saxlanılmışdır.
Yasamal rayonu ərazisindəki mağazaların birindən tütün məmulatı və pul oğurlamaqda şübhəli bilinən O.Hüseynov saxlanılmışdır
22 noyabr 2021 11:18Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 13-də rayon ərazisindəki mağazaların birindən 300 manat dəyərində tütün məmulatı və 1250 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər           məhkum olunmuş O.Hüseynov saxlanılmışdır.
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [>>]




Çap et  Çap et