Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Press-relizlər

tarixindən tarixinə
Quldurluqda şübhəli bilinən Gəncə şəhər sakini İ.Məmmədov saxlanılmışdır
23 noyabr 2021 11:16

Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 15-də Bakı şəhər sakini N.Ələkbərovu bıçaqla hədələyib quldurluq yolu ilə mobil telefonunu talamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Məmmədov saxlanılmışdır.

Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini V.Cəfərov və P.Quliyev saxlanılmışlar
23 noyabr 2021 11:16

Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də Gülüstan qəsəbəsi ərazisindən, Bakıxanov, S.Vurğun və Bakı küçələrindən 4 ədəd kanalizasiya quyusunun qapaqlarını oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş V.Cəfərov və P.Quliyev saxlanılmışlar.
Araşdırma aparılır.

20 kisə fındıq oğurlamaqda şübhəli bilinən Siyəzən rayon sakini R.Fətullayev saxlanılmışdır
23 noyabr 2021 11:16

Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 10-da rayon ərazisindəki yardımçı təsərrüfatların birindən 3500 manat dəyərində 20 kisə fındıq oğurlamaqda şübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş R.Fətullayev saxlanılmışdır.

Hədə-qorxu ilə 600 manat pul tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Kazımov müəyyən edilərək saxlanılmışdır
23 noyabr 2021 11:16

Şirvan ŞPŞ-yə müraciət edən şəhər sakini olan bir qadın tanışının onun şəkillərini sosial şəbəkədə paylaşacağı ilə hədələyib 600 manat pul tələb etməsini bildirmişdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Kazımov müəyyən edilərək saxlanılmışdır.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Quba rayonunun Alekseyevka kənd sakini A.Məhərrəmova məxsus mağazaya baxış zamanı oradan heroin və metamfetamin aşkar edilərək götürülmüşdür
23 noyabr 2021 11:16

Quba RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Alekseyevka kəndində kənd sakini A.Məhərrəmova məxsus mağazaya baxış zamanı oradan heroin və metamfetamin aşkar edilərək götürülmüşdür.

Ağsu rayon sakinləri T.Məmmədov və K.İmanovdan 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi götürülmüşdür
23 noyabr 2021 11:16

Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən Böyük Kəngərli kəndi ərzisində qanunsuz ov edən Ağsu rayon sakinləri T.Məmmədov və K.İmanov saxlanılmışlar. Onlardan 1 ədəd müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülmüşdür.

Ucar rayon sakinləri S.Qasımov, Ə.Abdurəhmanov və oğlu R.Abdurəhmanov tutulmuşlar
23 noyabr 2021 11:15

Noyabrın 23-də Ucar rayon sakinləri S.Qasımov, Ə.Abdurəhmanov və oğlu R.Abdurəhmanov Zərdab rayonunun Məlikumudlu kəndi ərazisində qanunsuz ov etdikləri üçün həmin ərazidə xidmət aparan Zərdab RPŞ-nin əməkdaşları tərəfindən RPŞ-yə dəvət edilərkən R.Abdurəhmanov tüfəngin qundağı ilə polis əməkdaşının əl nahiyəsinə xəsarət yetirmiş və tüfəngdən atəş açaraq qaçmışlar.

Görülmüş tədbirlərlə onlar tutulmuşlar.

Polis əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi, 11 ədəd patron və 1 ədəd patrondaş götürülmüşdür. 

Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
23 noyabr 2021 11:15

Noyabrın 23-də saat 18 radələrində Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisində Türkiyə vətəndaşı Ö.Bekir idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə yolu keçən Qaymaqlı kənd sakini Lalə Süleymanovanı vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
23 noyabr 2021 10:18Noyabrın 23-də polis əməkdaşları tərəfindən respublika ərazisində 3 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları “COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

“Oskar” şadlıq evinin rəhbəri karantinqaydalarını pozub 280 nəfərlik toy məclisi təşkil etdiyi üçün həbs edilib
23 noyabr 2021 10:17Paytaxtın Nizami rayonunda yerləşən “Oskar” şadlıq evində koronavirus epidemiyası ilə əlaqədar tətbiq edilmiş karantin rejiminin pozulması halları aşkar edilib. Polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şadlıq evində karantin qaydalarının pozularaq 280 nəfərin iştirakı ilə toy məclisi təşkil edildiyi məlum olub. Tədbir nəticəsində şadlıq evinin direktoru Rafael Məmmədov və orada işləyən xidməti personal saxlanılıblar.  

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində fakta görə Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb və “Oskar” şadlıq evinin rəhbəri Rafael Məmmədov tutularaq istintaqa cəlb edilib. Onun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [>>]




Çap et  Çap et