Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Press-relizlər

tarixindən tarixinə
Bərdə rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
14 noyabr 2021 09:21Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 3100 manat pul və 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Arabaçılar kənd sakinləri T.Vəliyev və Ş.Şahmalızadə saxlanılmışlar.
Gün ərzində törədilmiş 40 cinayətin üstü “isti izlər”lə açılmışdır
13 noyabr 2021 11:55Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 40 cinayətin üstü “isti izlər”lə açılmışdır.

  • Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunmuşdur.
  • Axtarışda olduğuna görə ümumilikdə 49 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılmışdır.

Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yerləşən qəbristanlıqdan oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədov saxlanılmışdır
13 noyabr 2021 11:49Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə noyabrın 9-da Hövsan qəsəbəsi ərazisində yerləşən qəbristanlıqdakı bir məzardan sinə daşının oğurlanması barədə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədov müəyyən edilərək saxlanılmışdır.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Şamaxı rayon sakini olan qardaşı və Bakı şəhər sakini V.Haşımovla birgə ayrı-ayrı vaxtlarda Səngəçal qəsəbəsi ərazisində yerləşən qəbristanlıqda daha 4 məzardan məzar daşlarını oğurlamaları da müəyyən edilmişdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində H.Məmmədov və V.Haşımov da saxlanılmışlar.

Yevlax rayonunun Malbinəsi kənd qəbristanlığından oğurluq etməkdə şübhəli bilinən B.Qarayev və X.Musayev saxlanılmışlar
13 noyabr 2021 11:49Yevlax Rayon Polis Şöbəsinə Malbinəsi kənd qəbristanlığındakı 2 məzarın ətrafından 4000 manat dəyərində olan aliminium barmaqlıqların oğurlanması barədə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri B.Qarayev və X.Musayev müəyyən edilərək saxlanılmışlar.

Araşdırma aparılır.
Xətai rayonu ərazisində yerləşən “Azintes” MMC-yə məxsus alüminium zavodundan laboratoriya avadanlıqlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Həsənov saxlanılmışdır
13 noyabr 2021 11:49Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə noyabrın 12-də rayon ərazisində yerləşən “Azintes” MMC-yə məxsus alüminium zavodundan 20.000 manat dəyərində laboratoriya avadanlıqlarının oğurlanması barədə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş R.Həsənov müəyyən edilərək saxlanılmışdır.

Araşdırma aparılır.
Sabunçu rayonunun Məhəmmədi qəsəbəsi ərazisindən “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Şamaxı rayon sakini R.Dəmirov müəyyən edilərək saxlanılmışdır
13 noyabr 2021 11:49Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə oktyabrın 25-nə keçən gecə Məhəmmədi qəsəbəsi ərazisindən S.Şəmilzadəyə məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.    

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil noyabrın 3-də Nardaran qəsəbəsi ərazisində üzərində Bakı şəhər sakini N.Qasımova məxsus “Moskviç” markalı avtomobilin dövlət qeydiyyat nişanları olan vəziyyətdə tapılmışdır.

Davam etdirilən əməliyyat tədbirləri ilə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər oğurluq,  talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş R.Dəmirov müəyyən edilərək saxlanılmışdır.

Araşdırma aparılır.

Oğurluq etdiyinə görə tutulmuş Xaçmaz rayon sakini V.Mirzəbabayevin başqa oğurluq hadisələrini törətməsi də müəyyən edilmişdir
13 noyabr 2021 09:21Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş V.Mirzəbabayevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Qusarçay kəndindəki bir evdən 800 manat dəyərində televizor, həmçinin İ.Kərimovla birgə 1 evdən 900 manat dəyərində 5 kisə fındıq, 1 həyətdən 200 kiloqram fındıq, 1  həyətdən isə 2640 manat dəyərində 22 kisə fındıq oğurlamaları da müəyyən edilmişdir.
Suraxanı rayonunda toya gedən koronavirus xəstəsi aşkarlanıb
13 noyabr 2021 14:13Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin Bülbülə qəsəbəsində yerləşən şadlıq evlərindən birində təşkil edilən toy mərasimində iştirak etməsinin qarşısı alınıb. Toyda iştirak edən digər şəxslərin həyatını təhlükə altına qoyan paytaxt sakini Samir İsmixanovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb. Həmin şəxs restorana daxil olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb. S.İsmixanov barəsində Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Nərimanov rayonunda üzərində “Kalaşnikov” gəzdirən şəxs saxlanılıb
12 noyabr 2021 14:14Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.

Belə ki, İdarəyə paytaxt sakini əvvəllər məhkum olunmuş Rüstəm Osmanovda silah-sursat olması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs Nərimanov rayonu ərazisində saxlanılıb. Onun üzərinə baxış zamanı əlində olan bağlamadan 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, 30 ədəd patron və 1 ədəd həmin silaha aid patron darağı aşkar olunaraq götürülüb. Saxlanılan şəxs silah-sursatı bir neçə il əvvəl tapdığını, lakin polisə təhvil verməyərək gizlətdiyini bildirib.

Faktla bağlı Nərimkanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb. Rüstəm Osmanov barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Gün ərzində törədilmiş 54 cinayətin üstü “isti izlər”lə açılmışdır
12 noyabr 2021 12:11Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 54 cinayətin üstü “isti izlər”lə açılmışdır.

  • Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunmuşdur.
  • Axtarışda olduğuna görə ümumilikdə 69 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüşdür.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılmışdır.

[<<] [9] [10] [11] [12] [13] [14] [15] [16] [17] [18] [19] [20] [>>]




Çap et  Çap et