Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Press-relizlər

tarixindən tarixinə
Binəqədi rayonu ərazisində bir neçə oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Bağırov saxlanılmışdır
17 noyabr 2021 12:09Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 2 həyətdən dəmir borular, kombi hissələri, R.Xədərova məxsus velosipedi və A.Süleymanovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Bağırov saxlanılmışdır.
Yasamal rayonu ərazisində avtomobildən pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Həşimov saxlanılmışdır
17 noyabr 2021 12:06Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində “Renault” markalı bir avtomobildən 2200 manat oğurlamaqda şübhəli bilinən avtomobil sahibinin oğlu, Bakı şəhər sakini C.Həşimov müəyyən edilərək saxlanılmışdır.
Goranboy rayon sakini N.Əliyevin dələduzluq yolu ilə pulunu almaqda şübhəli bilinən A.Puşkaryov saxlanılmışdır
17 noyabr 2021 12:06Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayon sakini N.Əliyevin dələduzluq yolu ilə pulunu almaqda şübhəli bilinən A.Puşkaryov saxlanılmışdır.

Ətrafında aparılmış tədbirlərlə onun müxtəlif vaxtlarda daha 11 nəfərə qarşı dələduzluq etməsi və 3 evin həyətindən su mühərrikləri oğurlaması da müəyyən edilmişdir.

Zərdab rayonunun Gödəkqobu kənd sakini X.Mürşüdovdan qanunsuz saxladığı ov tüfəngi götürülmüşdür
17 noyabr 2021 12:06Zərdab RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gödəkqobu kənd sakini X.Mürşüdovdan qanunsuz saxladığı “TOZ-16” markalı ov tüfəngi götürülmüşdür.
Qəbələ rayonunun Zarağan kənd sakini Ş.Hacıyev qanunsuz ov etdiyinə görə saxlanılmışdır
17 noyabr 2021 12:06Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən Aydınqışlaq kəndi ərazisində qanunsuz ov etdiyinə görə Zarağan kənd sakini Ş.Hacıyev saxlanılmışdır. Ondan müvafiq sənədləri olan “Bum” markalı ov tüfəngi götürülmüşdür.
Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Beyləqan rayon sakini İ.Həsənov müəyyən edilərək saxlanılmışdır
16 noyabr 2021 11:07

Nizami RPİ-nin 23-cü Polis Bölməsinə noyabrın 16-da rayon ərazisindən Bakı şəhər sakini A.Həsənova məxsus “KİA” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün yol kənarında dayanmış 2 avtomobilə dəymiş vəziyyətdə tapılmışdır.

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş İ.Həsənov müəyyən edilərək saxlanılmışdır. 
Nizami RPİ tərəfindən araşdırma aparılır.

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
16 noyabr 2021 11:06

Noyabrın 16-da polis əməkdaşları tərəfindən respublika ərazisində 4 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları “COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. 

Şəmkir rayonunun Qasımalılar kəndi ərazisində yol-nəqliyyat hadisəsi
16 noyabr 2021 11:06

Noyabrın 16-da saat 12 radələrində Şəmkir rayonunun Qasımalılar kəndi ərazisində Gədəbəy rayon sakinləri E.Zeynalovun idarə etdiyi “Mercedes”, S.Allahverdiyevin idarə etdiyi “VAZ-2106” və Bayram Gözəlovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşmuşdur. Nəticədə B.Gözəlov, arvadı Gəncalə və sərnişinlərindən Aliyə Əliyeva hadisə yerində ölmüş, digər 3 sərnişini, habelə E.Zeynalov xəstəxanaya yerləşdirilmişlər.
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi
16 noyabr 2021 11:06

Noyabrın 16-da saat 7 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini S.Ələsgərov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Cəlilabad rayon sakini Hüseynəli Zeynalovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Nizami RPİ tərəfindən araşdırma aparılır.

Ramana qəsəbə sakini Ə.Həbibovun evinə baxış zamanı tüfəng və 23 ədəd patron aşkar edilərək götürülmüşdür
16 noyabr 2021 11:06

Sabunçu RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Ramana qəsəbə sakini Ə.Həbibovun evinə baxış zamanı “TOZ-8” markalı tüfəng və 23 ədəd patron aşkar edilərək götürülmüşdür.

[<<] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [16] [17] [>>]




Çap et  Çap et