Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Press-relizlər

tarixindən tarixinə
Gəncə şəhər sakini R.Əliyevə məxsus avtomobildən oğurluq etməkdə şübhəli bilinən V.Verdiyev saxlanılmışdır
21 noyabr 2021 12:27Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 3-də R.Əliyevə məxsus avtomobildən içərisində pul və sənədləri  olan cüzdanını, mobil telefon və enerji qurğusunu oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini V.Verdiyev saxlanılmışdır.
Ağcabədi rayonu ərazisindəki mağazaların birindən tütün məmulatı oğurlamaqda şübhəli bilinən Q.Musayev saxlanılmışdır
21 noyabr 2021 12:23Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 18-də rayon ərazisindəki mağazaların birindən 1500 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Hindarx qəsəbə sakini Q.Musayev saxlanılmışdır.
Bərdə rayonu ərazisindəki köşklərin birindən oğurluq etməkdə şübhəli bilinən şəhər sakini Ş.Məmmədov saxlanılmışdır
21 noyabr 2021 12:23Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 11-də rayon ərazisindəki köşklərin birindən 1450 manat dəyərində lotereya biletləri, tütün məmulatı və danışıq kartları oğurlamaqda şübhəli bilinən şəhər sakini Ş.Məmmədov saxlanılmışdır.
Lənkəran şəhər sakini R.Əliyevdən narkotik vasitələr və elektron tərəzi aşkar edilərək götürülmüşdür
21 noyabr 2021 12:24Lənkəran ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 108 qramdan artıq heroin, 92 qramdan artıq metamfetamin və elektron tərəzi aşkar edilərək götürülmüşdür.

Ətrafında aparılmış tədbirlərlə onun rayon ərazisindəki 2 evdən pul və televizor, 1  həyətdən isə 500 manat dəyərində inşaat materialları oğurlaması da müəyyən edilmişdir.

Lənkəran rayon sakini Ə.Hüseynovun idarə etdiyi “Niva” markalı avtomobildən tüfəng və 2 ədəd patron aşkar edilərək götürülmüşdür
21 noyabr 2021 12:18Lənkəran ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Şilavar kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Hüseynovun idarə etdiyi “Niva” markalı avtomobilə baxış zamanı oradan lüləsi və qundağı kəsilmiş, nömrəsi silinmiş tüfəng və 2 ədəd patron aşkar edilərək götürülmüşdür.
Astara rayonunun üç sakinindən qanunsuz saxladıqları ov tüfəngləri və patronlar götürülmüşdür
21 noyabr 2021 12:02Astara RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şiyəkəran kənd sakini A.Eyvazovdan, Ərçivan kənd sakinləri B.Baxşıyevdən və Z.Qəhrəmanovdan qanunsuz saxladıqları “Tula” və “İJ” markalı 3 ədəd ov tüfəngi və 10 ədəd patron götürülmüşdür.
Hacıqabul şəhər sakini E.Babayevdən lüləsi kəsilmiş tüfəng götürülmüşdür
21 noyabr 2021 10:00Hacıqabul RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.Babayevdən lüləsi kəsilmiş “İJ-K” markalı tüfəng götürülmüşdür.
Gün ərzində törədilmiş 36 cinayətin üstü “isti izlər”lə açılmışdır
20 noyabr 2021 11:52Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 36 cinayətin üstü “isti izlər”lə açılmışdır.
  • Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunmuşdur.
  • Axtarışda olduğuna görə ümumilikdə 44 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılmışdır.
Koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb
20 noyabr 2021 11:49Noyabrın 20-də polis əməkdaşları tərəfindən respublika ərazisində 1 nəfər aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları “COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evi tərk etmiş həmin şəxslə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində “Ford” və “Mitsubishi” markalı avtomobillər toqquşmuşdur
20 noyabr 2021 12:02Noyabrın 20-də saat 6 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Sabirabad rayon sakini İ.Əliyevin idarə etdiyi “Ford” və Ağdam rayon sakini S.Həsənlinin idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşmuşdur. Nəticədə İ.Əliyevin sərnişinlərindən Əmrulla İşiqov hadisə yerində ölmüş, oğlu xəstəxanaya yerləşdirilmişdir.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [>>]




Çap et  Çap et