Ölçü:
Rəng:
az en ru

Saytın əsas versiyası

Press-relizlər

Gün ərzində törədilmiş 32 cinayətin üstü “isti izlər”lə açılmışdır
19 noyabr 2021 13:11Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 32 cinayətin üstü “isti izlər”lə açılmışdır.
  • Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunmuşdur.
  • Axtarışda olduğuna görə ümumilikdə 47 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılmışdır.
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
19 noyabr 2021 12:23Noyabrın 19-da polis əməkdaşları tərəfindən respublika ərazisində 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları “COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Sabunçu rayon ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini F.Bağırov saxlanılmışdır
19 noyabr 2021 13:04Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1000 manat, 900 ABŞ dolları pul və 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Bağırov saxlanılmışdır.
Nəsimi rayonu ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini M.Akinfiyev saxlanılmışdır
19 noyabr 2021 13:04Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 75000 rubl (1700 manat), sənəd, 1100 manat dəyərində məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Akinfiyev saxlanılmışdır.
Bakı şəhər sakini Ə.Cəbrayılovun avtomobilindən bank kartını oğurlayaraq hesabından 126 manat pulunu çıxarmaqda şübhəli bilinən M.Abbasov müəyyən edilərək saxlanılmışdır
19 noyabr 2021 13:04Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə noyabrın 15-də Bakı şəhər sakini Ə.Cəbrayılovun “Chevrolet” markalı avtomobilindən bank kartının oğurlanması və hesabından 126 manat pulunun çıxarılması barədə məlumat daxil olmuşdur.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş M.Abbasov müəyyən edilərək saxlanılmışdır.

Araşdırma aparılır.
Yasamal rayonu ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən V.Rzayev saxlanılmışdır
19 noyabr 2021 12:53Yasamal RPİ 28-ci PB  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 15000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Rzayev saxlanılmışdır.
Xətai rayonu ərazisindəki yerüstü piyada keçidinin pəncərələrini və bir evdən inşaat materiallarını oğurladığına görə tutulmuş R.Məmmədovun daha bir cinayət hadisəsini törətməsi də müəyyən edilmişdir
19 noyabr 2021 12:21Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən noyabrın 12-də Hövsan qəsəbəsi ərazisindəki yerüstü piyada keçidinin pəncərələrini və çərçivə dayaqlarını, həmçinin rayon ərazisindəki bir evdən 2560 manat dəyərində inşaat materiallarını oğurladığına görə tutulmuş R.Məmmədovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun T.Həmidov və digər 1 nəfərlə birlikdə noyabrın 9-da rayon ərazisində kirayədə yaşayan bir qadının mənzilinə daxil olub hədə-qorxu gəlməklə 1700 manat pulunu və 2000 manat dəyərində qızıl-zinət əşyalarını almaları da müəyyən edilmişdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Həmidov da saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürlümüşdür.

Sumqayıt şəhəri ərazisindəki köşklərin birindən pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən R.Ağamalıyev və R.Nəzərov saxlanılmışlar
19 noyabr 2021 12:21Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisindəki köşklərin birindən 500 manat pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Sumqayıt sakinləri, əvvəllər məhkum olunmuşlar - R.Ağamalıyev və R.Nəzərov saxlanılmışlar.
Sumqayıt şəhəri ərazisindəki mağazaların birindən pul oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini A.Allahverdiyev saxlanılmışdır
19 noyabr 2021 12:44Sumqayıt ŞPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisindəki mağazaların birindən 1000 manat pul oğurlamaqda şübhəli bilinən  Sumqayıt sakini, əvvəllər məhkum olunmuş A.Allahverdiyev saxlanılmışdır.
Tovuz rayonu ərazisindəki iki evdən oğurluq etməkdə şübhəli bilinən şəxslərdən biri saxlanılmış, digərinin isə şəxsiyyəti müəyyən edilmişdir
19 noyabr 2021 12:21Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 5700 manat pul və 10.000 manat dəyərində qızıl-zinət əşyaları, digər 1 evdən isə 300 manat pul oğurlamaqda şübhəli bilinən Hunanlar kənd sakinləri V.İbrahimov saxlanılmış, digər 1 nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir.