Ölçü:
Rəng:
az en ru

Saytın əsas versiyası

Press-relizlər

Nərimanov rayonu ərazisində “VAZ-21015” markalı avtomobillə yolu keçən paytaxt sakini T.Həsənova vurulmuşdur
20 noyabr 2021 11:59Noyabrın 20-də saat 11 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini F.Əzizli idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən paytaxt sakini Tahirə Həsənovanı vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində “VAZ-2106” markalı avtomobillə yolu keçən Qusar rayon sakini Y.Ağaşirinova vurulmuşdur
20 noyabr 2021 11:59Noyabrın 20-də saat 10 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində Gəncə şəhər sakini A.Əliyev idarə etdiyi “VAZ-2106” markalı  avtomobillə yolu keçən Qusar rayon sakini Yasəmən Ağaşirinovanı vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Şəki şəhəri ərazisində “VAZ-2103” markalı avtomobillə yolu keçən şəhər sakini R.Abdullayev vurulmuşdur
20 noyabr 2021 11:59Noyabrın 20-də saat 10 radələrində Şəki şəhəri ərazisində Baş Küngüt kənd sakini A.Ağammədov idarə etdiyi “VAZ-2103” markalı avtomobillə yolu keçən şəhər sakini Rasif Abdullayevi vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Göyçay rayonunun Yeniarx kəndi ərazisində “VAZ-2107” və “Mercedes” markalı avtomobillər toqquşmuşdur
20 noyabr 2021 11:58Noyabrın 20-də saat 17 radələrində Göyçay rayonunun Yeniarx kəndi ərazisində kənd sakini Nağı Qarayevin idarə etdiyi “VAZ-2107” və Göyçay şəhər sakini Z.Şirinovun idarə etdiyi “Mercedes” markalı yük avtomobili toqquşmuşdur. Nəticədə N.Qarayev aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

Göyçay RPŞ tərəfindən araşdırma aparılır.

Göyçay şəhəri ərazisində “Ford” markalı avtomobillə velosipedlə yolu keçən rayon sakini F.Qurbanov vurulmuşdur
20 noyabr 2021 11:54Noyabrın 20-də saat 22 radələrində Göyçay şəhəri ərazisində Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı H.Məmmədov xidmət vaxtı idarə etdiyi xidməti “Ford” markalı avtomobillə velosipedlə yolu keçən rayon sakini Fərid Qurbanovu vurmuşdur. Nəticədə F.Qurbanov aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

Göyçay RPŞ tərəfindən araşdırma aparılır.

Binəqədi rayonu ərazisində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü M.Nəbiyev müəyyən edilərək saxlanılmışdır
20 noyabr 2021 11:54Noyabrın 20-də saat 20 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini F.Həsənov vurulmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyadanın vəziyyəti orta-ağırdır.

Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini M.Nəbiyev müəyyən edilərək saxlanılmışdır.

Araşdırma aparılır.
Oğurluq etdiyinə görə tutulmuş T.Allahverdiyevin daha 7 evin həyətlərindən su sayğacları oğurlaması da müəyyən edilmişdir
20 noyabr 2021 11:53Oğurluq etdiyinə görə tutulmuş T.Allahverdiyevin ətrafında Binəqədi RPİ 43-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun daha 7 evin həyətlərindən su sayğacları oğurlaması da müəyyən edilmişdir.
Paytaxtın Nizami rayonu ərazisindəki mebel salonlarının birindən seyf oğurlamaqda şübhəli bilinən Z.Kərimov saxlanılmışdır
20 noyabr 2021 09:20Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 19-da rayon ərazisindəki mebel salonlarının birindən içərisində 1500 manat pul olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Kərimov saxlanılmışdır.
Xocavənd RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisindən silah-sursat və 2 ədəd mobil telefon tapılmışdır
20 noyabr 2021 09:19Xocavənd RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisindən 1 ədəd yanmış vəziyyətdə olan DŞK pulemyotu, 4 ədəd “AK” markalı avtomat, 5 ədəd patron darağı, 1 ədəd “Faqot” tipli raket, 4 ədəd qumbaraatan mərmisi, 2 ədəd minaatan mərmisi, 2515 ədəd müxtəlif çaplı patron, 1 ədəd kimyəvi elektron qurğu, 4 ədəd alışdırıcı və 2 ədəd mobil telefon tapılmışdır.
Maliyyə piramidası yaradaraq onlara mövcud olmayan kriptovalyuta satan bununla da dələduzluq yolu ilə çoxsaylı şəxsləri aldadan dəstə üzvləri ifşa ediliblər
20 noyabr 2021 16:09Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində sosial şəbəkələrin  imkanlarından geniş istifadə edərək dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və bununla da zərərçəkənlərin külli miqdarda pul vəsaitini ələ keçirən daha bir mütəşəkkil cinayətkar dəstənin üzvləri ifşa edilib.

Belə ki, Baş İdarəyə bir qrup şəxsin investisiya şirkəti adı altında şəbəkə biznesi yaradaraq çoxsaylı vətəndaşları aldatmaları və pullarını ələ keçirmələri barədə əməliyyat məlumatları daxil olub. Baş İdarə əməkdaşlarının Azərbaycan Respublikası Mərkəzi Bankının mütəxəssislərinin iştirakı ilə apardıqları araşdırmalar zamanı müəyyən olunub ki, Bakı şəhər sakinləri Gülara Abdullayeva, Xəyal Yaxyayev və qeyriləri olkə daxilində “İnsuccess” adlı fəaliyyət istiqaməti qeyri-müəyyən olan şirkət yaradıblar. Daha sonra onlar “OCOS” beynəlxalq dələduzluq piramidasını ölkəyə gətirərək yaratdıqları şirkət vasitəsi ilə sosial şəbəkələrdə piarını həyata keçirməklə geniş yayılmasını təşkil ediblər. Bu şəxslər internet şəbəkəsində xüsusi lokal proqramlar vasitəsi ilə əslində mövcud olmayan kriptovalyuta yaradaraq guya onun beynəlxalq valyuta bazarında satışını təşkil etdiklərini və şişirdilmiş yüksək gəlirlər vəd etməklə vətəndaşların pul vəsaitlərini aldatma yolu ilə ələ keçiriblər. Bu qayda ilə adı çəkilən şəxslər qurduqları şəbəkə biznesinə piramida şəklində çoxsaylı vətəndaşları cəlb edərək onlara faktiki mövcud olmayan, uydurulmuş kriptovalyuta satıblar. Araşdırma zamanı dəstə üzvlərinin investisiya paketi adı altında şişirdilmiş yüksək gəlirlər təklif edərək ümumilikdə 10 minə yaxın vətəndaşı aldatdıqları və təxminən külli miqdarda vəsaitlərini ələ keçirdikləri müəyyən edilib. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxslərin paytaxtın Xətai rayonu, Sumqayıt şəhəri və digər məkanlarda icarəyə götürdükləri ofislərə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilərək götürülüb.  

Qeyd edək ki, saxlanılan şəxslərdən biri - Xəyal Yaxyayev və onun daxil olduğu mütəşəkkil dəstənin üzvləri əvvəllər də eyni əməllərlə, yəni sosial şəbəkələrdə maliyyə piramidası yaradaraq dələduzluqla məşğul olduqları üçün 2019-cu ildə Baş İdarənin əməkdaşları tərəfindən saxlanılmış və barələrində həbs qətimkan tədbirləri seçilmişdi.

Təqdim edilən sonuncu faktlarla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Gülara Abdullayeva və Xəyal Yaxyayev barəsində Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Göstərilən xüsusatların tam, hərtərəfli araşdırılması, həmçinin dəstənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Ölkə ərazisində “OCOS” maliyyə-dələduzluq piramidasının fəaliyyəti nəticəsində zərərçəkən başqa vətəndaşlar varsa bu barədə DİN-in "102” Zəng Mərkəzinə, Baş İdarəyə, eləcə də Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.