Ölçü:
Rəng:
az en ru

Saytın əsas versiyası

Press-relizlər

Gün ərzində törədilmiş 24 cinayətin üstü “isti izlər”lə açılmışdır
08 noyabr 2021 13:27Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 24 cinayətin üstü “isti izlər”lə açılmışdır.

  • Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunmuşdur.
  • Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılmışdır.

Xırdalan şəhər sakini İ.Alyarovu itələməsi nəticəsində onun yük avtomobilinin təkərlərinin altında qalaraq ölməsinə səbəb olmaqda şübhəli bilinən Ş.Hacıyev saxlanılmışdır
08 noyabr 2021 13:24Abşeron Rayon Polis İdarəsinə noyabrın 8-də rayonun Güzdək qəsəbəsi ərazisində yerləşən Yol İstismarı İdarəsinin həyətində orada işləyən Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Hacıyevin münaqişə zəminində Xırdalan şəhər sakini İmamverdi Alyarovu itələməsi nəticəsində sonuncunun Şəki rayon sakini R.İbrahimxəlilovun idarə etdiyi “KamAZ” markalı avtomobilin təkərlərinin altında qalaraq hadisə yerində ölməsi barədə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ş.Hacıyev saxlanılmışdır.   

Abşeron rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini N.İmanov saxlanılmışdır
08 noyabr 2021 13:23Cəlilabad RPŞ və Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ləkin kənd sakini N.İmanov saxlanılmışdır. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 15,465 qram heroin, 10,335 qram metamfetamin, 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 2 ədəd patron və 2 ədəd gecəgörmə cihazı aşkar edilərək götürülmüşdür.
Lənkəran rayonunun Liman şəhəri ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin işçisi V.Əliyevdən hədə-qorxu ilə 350 manat pul almaqda şübhəli bilinən rayon sakini T.Şəfəqqətov saxlanılmışdır
08 noyabr 2021 13:21Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 1-də Liman şəhəri ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinə gələrək orada işləyən V.Əliyevdən hədə-qorxu ilə tələb etmə yolu ilə 350 manat pul almaqda şübhəli bilinən Daşdatük kənd sakini T.Şəfəqqətov saxlanılmışdır.

Ətrafında aparılan tədbirlərlə onun oktyabrın 7-də Girdəni kəndi ərazisindəki yanacaqdoldurma məntəqəsində operator işləyən A.Kərimovdan quldurluq yolu ilə pul tələb edərək əl, alın və qarın nahiyəsinə bıçaqla xəsarət yetirməsi də müəyyən edilmişdir.

Binəqədi rayonu ərazisində yerləşən 1 köşkdən və 1 mağazadan oğurluq etməkdə şübhəli bilinən Yevlax rayon sakini R.Abdullayev saxlanılmışdır
08 noyabr 2021 13:20Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində yerləşən 1 köşkdən və 1 mağazadan ümumilikdə 1000 manat dəyərində tütün məmulatı, sərinləşdirici içkilər və  50 manat pul oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini R.Abdullayev saxlanılmışdır.
Binəqədi rayon sakini T.Bağırovanın bank kartından pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini A.Nəcəfli saxlanılmışdır
08 noyabr 2021 12:23Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində T.Bağırovanın bank kartından 982 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş A.Nəcəfli saxlanılmışdır.
Binəqədi rayonu ərazisində 1 avtomobildən pul və maqnitofon oğurlamaqda şübhəli bilinən Qobustan rayon sakini E.Səmədov saxlanılmışdır
08 noyabr 2021 12:21Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində 1 avtomobildən 170 manat pul və 300 manat dəyərində maqnitofon oğurlamaqda şübhəli bilinən Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş E.Səmədov saxlanılmışdır.
Sabunçu rayonu ərazisindəki 2 ev və 1 həyətyanı sahədən oğurluq törətməkdə şübhəli bilinən paytaxt sakini M.Əliyev saxlanılmışdır
08 noyabr 2021 12:21Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 2 ev və 1 həyətyanı sahədən ümumilikdə 4070 manat dəyərində təmir-tikinti alətləri, məişət əşyaları və inşaat materialları oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş M.Əliyev saxlanılmışdır.
Mal-qara oğurluqları törətməkdə şübhəli bilinən Quba rayon sakinləri E.Maxsudov və T.Ağamirzəyev saxlanılmışlar
08 noyabr 2021 13:15Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif şəxslərə məxsus ümumilikdə 2 baş inəyi və 7 baş keçini oğurlamaqda şübhəli bilinən Rustov kənd sakini, əvvəllər məhkum olunmuş E.Maxsudov və Zərdabi qəsəbə sakini T.Ağamirzəyev saxlanılmışlar.
Gün ərzində törədilmiş 28 cinayətin üstü “isti izlər”lə açılmışdır
07 noyabr 2021 14:31

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 28 cinayətin üstü “isti izlər”lə açılmışdır.  

  • Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunmuşdur.    
  • Axtarışda olduğuna görə ümumilikdə 12 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılmışdır.