Ölçü:
Rəng:
az en ru

Saytın əsas versiyası

Press-relizlər

Masallı rayonu ərazisində sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyi avtomobillə saxlanılmış M.Əhmədovun narkotik vasitənin təsiri altında olması müəyyən edilmişdir
09 noyabr 2021 12:01Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən noyabrın 8-də saat 12 radələrində Masallı rayonunun Sərçuvar kəndi ərazisində yerləşən BDYPİ-nin YPXA postunda Sumqayıt şəhər sakini M.Əhmədovun idarə etdiyi “Mitsubishi” markalı avtomobil nəzarət qaydasında saxlanılmışdır. Yoxlama zamanı onun sürücülük vəsiqəsinin və etibarnaməsinin olmadığı aşkar edilmişdir.

Polis əməkdaşlarında M.Əhmədovun narkotik vasitə qəbul etməsi şübhə doğurduğundan o, tibbi müayinədən keçirilmiş və narkotik vasitənin təsiri altında olması müəyyən edilmişdir.

M.Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) protokol tərtib olunmuş və Masallı rayon məhkəməsi tərəfindən 500 manat məbləğində cərimələnmişdir.

Polis əməkdaşları tərəfindən M.Əhmədovun borclu qismində axtarışda olması da müəyyən edilmişdir.

Suraxanı rayonunun Hövsan qəsəbəsindəki qəbristanlıqdan oğurluq etməkdə şübhəli bilinən Ş.Məmmədov saxlanılmışdır
09 noyabr 2021 12:03Suraxanı RPŞ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 9-da Hövsan qəsəbəsi ərazisində yerləşən qəbristanlıqdakı məzarların birindən sinə daşını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədov müəyyən edilərək saxlanılmışdır.
Bakı şəhər sakini T.Ziyayiyə qarşı soyğunçuluq etmiş şəxslər saxlanılmışlar
09 noyabr 2021 12:01Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini T.Ziyayiyə zor tətbiq edərək mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Q.Mirzəyev, Lənkəran rayon sakini M.Seyidzadə və Ağcabədi rayon sakini N.Cəfərli saxlanılmışlar.
Hacıqabul rayon sakini N.Cavadzadədən heroin, metamfetamin və 40 ədəd metadon həbi götürülmüşdür
09 noyabr 2021 12:01Binəqədi RPİ 43-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş N.Cavadzadə saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin, metamfetamin və 40 ədəd metadon həbi aşkar edilərək götürülmüşdür.
Gəncə şəhərinin Nizami rayonu ərazisindəki mağazaların birindən pul və danışıq kartı oğurlamaqda şübhəli bilinən şəhər sakini R.Qasımov saxlanılmışdır
09 noyabr 2021 11:56Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birindən 3000 manat pul və 15 manat dəyərində danışıq kartı oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş R.Qasımov saxlanılmışdır.

Polis əməkdaşları tərəfindən onun Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi (Soyğunçuluq) ilə axtarışda olması da müəyyən edilmişdir.

Binəqədi rayonu ərazisində 4 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən F.Kamilli saxlanılmışdır
09 noyabr 2021 11:56Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 4 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən F.Kamilli saxlanılmışdır. Ətrafında aparılan tədbirlərlə onun daha 2 avtomobildən pul, mobil telefon, 4 nəfərdən is mobil telefon oğurlaması da müəyyən edilmişdir.
Oğurluq etdiyinə görə tutulmuş Ağsu rayon sakini M.Muradovun bir qarajdan təmir-tikinti avadanlığı oğurlaması da müəyyən edilmişdir
09 noyabr 2021 11:56Ağsu RPŞ-nin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş M.Muradovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun noyabrın 1-dən 8-dək olan müddətdə rayon ərazisindəki bir qarajdan 2000 manat dəyərində boya vurmaq üçün kompressor, 6 ədəd qaldırıcı qurğu, 6 metr dəmir boru, soba və aliminium tavan oğurlaması da müəyyən edilmişdir.
Daşkəsən rayonunun Çaykənd kəndi ərazisində “Man” markalı yük avtomobili dərəyə aşmışdır
09 noyabr 2021 11:54Noyabrın 9-da saat 4 radələrində Daşkəsən rayonunun Çaykənd kəndi ərazisində Gəncə şəhər sakini Manaf Mürsəlov idarə etdiyi “Man” markalı yük avtomobilini dərəyə aşırmış və nəticədə hadisə yerində ölmüşdür.

Daşkəsən RPŞ tərəfindən araşdırma aparılır.

Cəlilabad rayonunun Alar kəndi ərazisində “VAZ-21214” və “Mercedes” markalı avtomobillər toqquşmuşdur
09 noyabr 2021 11:53Noyabrın 8-də saat 23 radələrində Cəlilabad rayonunun Alar kəndi ərazisində kənd sakinləri T.Bayramovun idarə etdiyi “VAZ-21214” və İ.Rəsulovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Nəticədə T.Bayramovun sərnişini Adəm Əlizadə xəstəxanaya yerləşdirilmiş və noyabrın 9-da orada ölmüşdür.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.