Ölçü:
Rəng:
az en ru

Saytın əsas versiyası

Press-relizlər

Qəbələ rayon sakini V.Sardaridən qanunsuz saxladığı ov tüfəngi və 18 ədəd patron götürülmüşdür
10 noyabr 2021 12:02Qəbələ RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Nic qəsəbə sakini V.Sardaridən qanunsuz saxladığı “TOZ-12” markalı ov tüfəngi və 18 ədəd patron götürülmüşdür.
Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində “Mitsubishi” markalı avtomobillə vurulan piyada hadisə yerində ölmüşdür
10 noyabr 2021 12:02Noyabrın 10-da saat 22 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi Ə.Vahid küçəsində qəsəbə sakini İ.İbadov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən Xırdalan şəhər sakini Zamin Cəbrayılovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.

Abşeron RPİ tərəfindən aaşdırma aparılır.

Sabirabad rayonu ərazisində 1 evdən, 1 həyətyanı sahədən və 2 sexdən oğurluq etməkdə şübhəli bilinən Ə.Kərimov saxlanılmışdır
10 noyabr 2021 12:02Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 1 evdən, 1 həyətyanı sahədən, 2 sexdən təmir-tikinti alətləri, inşaat materialları, kondisioner, məişət əşyaları və su mühərriki oğurlamaqda şübhəli bilinən şəhər sakini Ə.Kərimov saxlanılmışdır.
Hacıqabul rayonu ərazisindəki bir mağazadan oğurluq etməkdə şübhəli bilinən N.Verdiyev saxlanılmışdır
10 noyabr 2021 12:02Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisindəki bir mağazadan pul, danışıq kartları, spirtli içki və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini N.Verdiyev saxlanılmışdır.
Nərimanov rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı son 1 həftə ərzində keçirilən əməliyyatlar zamanı 12 nəfər saxlanılıb
10 noyabr 2021 17:00Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən  narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində əməliyyat tədbirləri həyata keçirilib. Son 1 həftə ərzində keçirilən əməliyyatlar zamanı rayonun müxtəlif yerlərində, xüsusən də “Montin”, “Keşlə bazarı” kimi tanınan ərazilərdə qeyd olunan hüquqazidd əməlləri törədən 12 nəfər saxlanılıb.

Əməliyyat zamanı əvvəlcə Bakı şəhər sakini Yusif Əliyev tutulub. Onun üzərindən narkotik vasitə olan heroin aşkar edilib. Araşdırmalar zamanı həmin şəxs narkotik vasitələri Nərimanov rayonu Əliyar Əliyev küçəsində yaşayan Rəşad İsgəndərov və İntiqam Əliyevdən aldığını bildirib. Adları çəkilən həmin şəxslər də qısa zamanda saxlanılaraq Polis İdarəsinə gətiriliblər. Onların üzərində və yaşadıqları evlərdə axtarış aparılan zaman külli miqdarda müxtəlif növ narkotik vasitə və psixotrop maddə, elektron tərəzilər aşkar edilərək götürülüb. İntiqam Əliyev və Rəşad İsgəndərov ifadələrində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını bildiriblər.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 9 nəfər  – Hikmət Musayev, Zaur Əzizov, Manaf Soltanov, Rəşad Qasımov, Ülvi Rəhimli, Orxan İbrahimov, Ruslan Qədimalıyev, Ruhiyyə Əzizova və Xəyal Seyidov tutulublar. Onların üzərində şəxsi axtarış aparılan və evlərinə baxış zamanı satış və şəxsi istifadə məqsədi üçün əldə etdikləri külli miqdarda heroin, marixuana, metamfetamin və elektron tərəzilər aşkar edilib. Bu şəxslər izahatlarında Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunusuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Təqdim edilən faktların hər biri ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Nərimanov  rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Bakıda beynəlxalq narkoşəbəkəyə daxil olan daha bir norkokuryer saxlanılıb
10 noyabr 2021 13:34Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən xarici ölkələrdə yaşayan narkotacirlər üçün paytaxt ərazisində narkokuryerlik edən şəxslərə qarşı  əməliyyatlar davam etdirilir.

Belə ki, Baş İdarəyə paytaxt sakini olan Aydın Məmmədovun Bakı şəhəri ərazisində narkotik vasitələrin satışını həyata keçirdiyi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbir nəticəsində həmin şəxs Sabunçu rayonu ərazisində saxlanılaraq Baş İdarəyə gətirilib. Aydın Məmmədovun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı 6 ədəd bağlamada satış üçün qablaşdırılan ümumi çəkisi 2 kiloqram 145 qram olan narkotik vasitə heroin və 130 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.  

Araşdırma zamanı müəyyən edilib ki,Aydın Məmmədov sosial şəbəkələrdə tanış olduğu və xarici ölkədən Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən şəbəkənin narkokuryerlik təklifi ilə razılaşaraq bu işlə məşğul olub. Bakı şəhərinin demək olar ki, bütün rayonlarında narkotik vasitələrin satışını həyata keçirən Aydın Məmmədov beynəlxalq narkoşəbəkənin ölkə ərazisindəki əsas üzvlərindən biri olub. Onun vasitəsi ilə narkotik vasitələr paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirilərək qanunsuz dövriyyəsi təşkil edilib. Aydın Məmmədovun bu qanunsuz fəaliyyətinin qarşılığında əldə etdiyi külli miqdarda maddi vəsaiti müxtəlif yollarla xarici ölkələrdəki narkotacirlərə göndərib.

Aşkar edilən faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, onun ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Hərəkətdə olan Bakı-Sumqayıt elektrik qatarına daş atararaq vaqonların şüşlərini sındıran və sərnişinlərin həyatı üçün real təhlükə yaradan azyaşlılar saxlanılıblar
10 noyabr 2021 12:26Bakı-Sumqayıt xətti ilə hərəkət edən elektrik sürət sərnişin qatarı Sumqayıt-Novxanı dayanacaqları arasında hərəkətdə olan zaman nəqliyyat vasitəsinə kənardan daş atılıb. Nəticədə qatarın şüşələri sınıb və sərnişinlərin həyətı üçün real təhlükə yaranıb. Eyni hal car ilin noyabr ayının 4-ü və 6-sı iki dəfə təkrarlanıb.

Məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat zamanı qeyd edilən hadisələri törədən şəxslər qısa zamanda müəyyən edilərək saxlanılıblar.

Qeyd edək ki, hərəkətdə olan qatarlara daş ataraq maddi ziyan vuran, həmçinin  sərnişinlərin ciddi narahatçılığına səbəb olanlar yetkinlik yaşına çatmayan şəxslər olduğundan onlar valideynləri ilə birlikdə Sabunçu Xətt Polis Şöbəsinə gətiriliblər. Burada həmin şəxslərdən valideynlərinin iştirakı və razılığı ilə izahat alınıb və onlar törətdikləri hadisələri etiraf ediblər.

Polis Şöbəsinin əməkdaşları tərəfindən qeyd edilən hadisələri törədən şəxslərin valideynləri ilə profilaktik söhbətlər aparılıb və övladları üzəridə nəzarəti daha gücləndirməyin vacib olduğu onların diqqətinə çatdırılıb

Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsində araşdırmalar tədbirləri davam etdirilir.
Gün ərzində törədilmiş 50 cinayətin üstü “isti izlər”lə açılmışdır
09 noyabr 2021 12:19Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 50 cinayətin üstü “isti izlər”lə açılmışdır.

  • Əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunmuşdur.
  • Axtarışda olduğuna görə ümumilikdə 40 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüşdür.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılmışdır.

Koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb
09 noyabr 2021 12:17Noyabrın 9-da polis əməkdaşları tərəfindən respublika ərazisində 1 nəfər aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları “COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evi tərk etmiş həmin şəxslə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Ağsu rayon sakini A.Bədəlova qarşı quldurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakininin şəxsiyyəti müəyyən edilmişdir
09 noyabr 2021 12:19Ağsu Rayon Polis Şöbəsinə noyabrın 9-da Hacıqədirli kəndi ərazisində bir nəfərin kənd sakini A.Bədəlovu döyərək içərisində pulu və sənədləri olan cüzdanını alması barədə məlumat daxil olmuşdur.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş və quldurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakininin şəxsiyyəti müəyyən edilmişdir. Həmin şəxsin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.