Ölçü:
Rəng:
az en ru

Saytın əsas versiyası

Press-relizlər

Oğuz şəhəri ərazisində “Mercedes” markalı avtomobil yolun kənarındakı ağaca çırpılmışdır
11 noyabr 2021 11:22Noyabrın 12-də saat 4 radələrində Oğuz şəhəri ərazisində Şamxal Seyidəliyev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə müxtəlif bədən xəsarətləri almış sürücü xəstəxanaya aparılarkən yolda ölmüş, sərnişini İ.Səfərovun vəziyyəti orta-ağırdır.

Oğuz RPŞ tərəfindən araşdırma aparılır.

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb
11 noyabr 2021 11:20“COVID-19” virusuna yoluxaraq ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, noyabrın 5-də yaşayış yerini tərk etmiş Şəki şəhər sakini R.Məmmədov barəsində Şəki Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Paytaxtın Q.Qarayev prospektindəki köşklərin birinin qarşısından içərisində pul olan qutunu oğurlamaqda şübhəli bilinən O.İbrahimov saxlanılmışdır
11 noyabr 2021 13:03

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə Q.Qarayev prospektindəki köşklərin birinin qarşısından içərisində yardım üçün yığılmış 350 manat pul olan qutunun oğurlanması barədə məlumat daxil olmuşdur.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini O.İbrahimov müəyyən edilərək saxlanılmışdır.

Gün ərzində törədilmiş 44 cinayətin üstü “isti izlər”lə açılmışdır
10 noyabr 2021 12:18Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 44 cinayətin üstü “isti izlər”lə açılmışdır.

  • Əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunmuşdur.
  • Axtarışda olduğuna görə ümumilikdə 75 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüşdür.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılmışdır.

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar
10 noyabr 2021 12:18Noyabrın 10-da polis əməkdaşları tərəfindən respublika ərazisində 4 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar. Polis əməkdaşları “COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evi tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması aşkar edilib
10 noyabr 2021 12:17Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.  

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının noyabrın 10-da rayon ərazisində keçirdikləri tədbirlər zamanı 2 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.  

Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun anbarından 23.000 manat dəyərində elektrik və məişət əşyalarının oğurlamaqda və oradakı mebel və digər əşyaları yararsız hala salmaqda şübhəli bilinən G.Əliyev və Q.Qasımov saxlanılmışlar
10 noyabr 2021 12:10Abşeron Rayon Polis İdarəsinə cari il sentyabr ayının 29-dan oktyabr ayının 29-dək olan müddətdə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun anbarından 23.000 manat dəyərində elektrik və məişət əşyalarının oğurlanması, həmçinin oradakı mebel və digər əşyaların yararsız hala salınması nəticəsində 8.000 manat dəyərində maddi ziyan vurulması barədə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən Məhəmmədi kənd sakinləri, əvvəllər oğurluq, qəsdən sağlamlığa ağır zərərvurma və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar - G.Əliyev və Q.Qasımov müəyyən edilərək saxlanılmışlar.

Araşdırma aparılır.
Bakı şəhər sakini M.Əbdülovun cüzdanını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Ağsu rayon sakini Ə.Məmmədov saxlanılmışdır
10 noyabr 2021 12:09Yasamal RPİ 28-ci PB və Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini M.Əbdülovun içərisində pulu olan cüzdanını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Məmmədov saxlanılmışdır.

Polis əməkdaşları tərəfindən onun Cinayət Məcəlləsinin 180-ci maddəsi (Soyğunçuluq) ilə axtarışda olması da müəyyən edilmişdir.

Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində avtomobildən cüzdan oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini S.Yolçuyev saxlanılmışdır
10 noyabr 2021 12:08Binəqədi RPİ 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən Sulutəpə qəsəbəsi ərazisində “Hummer” markalı bir avtomobildən içərisində pul və sənədlər olan cüzdan oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini S.Yolçuyev saxlanılmışdır.
Şabran şəhər sakini Y.Babayevin idarə etdiyi avtomobildən 2 ədəd ov tüfəngi və 68 ədəd patron götürülmüşdür
10 noyabr 2021 12:06Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən noyabrın 10-da Çayqaraqaşlı kəndində şəhər sakini Y.Babayevin idarə etdiyi “VAZ-21015” markalı avtomobilə baxış zamanı oradan “İJ” markalı 2 ədəd ov tüfəngi və 68 ədəd patron aşkar edilərək götürülmüşdür.