Ölçü:
Rəng:
az en ru

Saytın əsas versiyası

Press-relizlər

Bu ilin əvvəlindən polis əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşının alınması istiqamətində keçirilən reydlər zamanı 33 fakt aşkar edilib
12 noyabr 2021 17:11Cəmiyyətdə vətəndaşların haqlı narazılığı ilə qarşılanan əsas hüquqpozmalardan biri olan yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısının alınması və aşkarlanması istqamətində polis əməkdaşları tərəfindən nəzarət tədbirləri daha da gücləndirilib. Bu istiqamətdə paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində mütəmadi olaraq reydlər təşkil edilir. Sonuncu belə reyd Sabunçu rayonunda baş tutub. Tədbir zamanı Rayon Polis İdarəsi və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən şəxslər müəyyən ediliblər. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 243-cü (Yerin təkindən istifadə qaydalarının pozulması) maddəsi ilə protokollar tərtib edilib. Qum-çınqıl satışı ilə məşğul olan şəxslərlə profilaktik söhbətlər aparılıb, bu fəaliyyətlə məşğul olmaq üçün aidiyyatı dövlət orqanlarından lisenziya almağın vacib olduğu onların diqqətinə çatdırılıb.

Qeyd edək ki, bu ilin əvvəlindən daxili işlər orqanları tərəfindən yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşının alınması istiqamətində keçirilən reydlər zamanı 33 fakt aşkar edilib. Bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslər barədə qanunauyğun tədbir görülüb.

Bir daha xəbərdarlıq edərək bildirirk ki, polis əməkdaşları tərəfindən paytaxt və bölgələrdə yerin təkindən qanunsuz istifadə və qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısının alınması istiqamətində bundan sonra tədbirlər davam etdiriləcək.
Sabunçu rayonunda 8 evdən 103 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayan və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb
12 noyabr 2021 15:44Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində son bir neçə ay ərzində mənzillərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb. Sabunçu Rayon Polis İdarəsi və 13-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elmin Cəfərov tutularaq istintaqa təqdim edilib. Araşdırma zamanı onun Bakıxanov qəsəbəsi ərazisində müxtəlif vaxtlarda 8 evdən oğurluq etdiyi müəyyən edilib. Elmin Cəfərov bu evlərdən ümümilikdə 103 min manatdan artıq pul və qızıl-zinət əşyaları oğurlayıb. Oğurluq yolu ilə əldə etdiyi maddi vəsait hesabına Elmin Cəfərov 2 ədəd avtomobil və  şəxsi istifadəsi üçün digər qiymətli əşyalar alıb. O, törətdiyi oğurluq hadisələrini etiraf edib.

Sabunçu rayonu ərazisində həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı da əməliyyatlar davam etdirilir. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyatlar zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Emin Manafov, Murad İsmayılov və Elşad Həsənov saxlanılıb. Bu şəxslər ümumilikdə 60 qrama yaxın heroin və metamfetamin aşkar edilib.

Qeyd olunan faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması, onların mənbələrinin aşkar edilməsi və rayon ərazisində qeydə alınan digər hüquqazidd əməlləri törədən şəxlərin ifşa edilməsi istiqamətində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
Qaradağ rayonunda 2-si şəhid ailəsi olmaqla 12 evdən kombi aparatı oğurlayan 4 nəfər saxlanılıb
12 noyabr 2021 13:49Qaradağ  rayonu Qobupark yaşayış kompleksinin ərazisində yaşayan şəxslərdən biri Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, evdə olmadığı müddətdə mənzilə daxil olan naməlum şəxs orada quraşdırılan kombi aparatını oğurlayıb. Həmin  kompleksdə yaşayan daha 11 sakindən Polis Bölməsinə daxil olan eyni məzmunlu şikayət ərizəsində onların da evlərindən müxtəlif vaxtlarda kombilərin oğurlandığı qeyd edilib. Hadisələrin eyni yaşayış kompleksində və oxşar üsullarla törədilməsi polis əməkdaşlarında oğurluqların eyni şəxslər tərəfindən törədildiyinə dair əsaslı şübhələr oyadıb.

Qaradağ Rayon Polis İdarəsi və 10-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində 12 evdən kombi aparatı oğurlayan şəxslər – Sübhan Ağayev, Sənan Mustafayev, Orxan Nüsrətli və Taleh Haqverdiyev qısa zamanda saxlanılaraq istintaqa təqdim olunublar və onlar ifadələrində törətdikləri hadisələri etiraf ediblər.

Qeyd edək ki, kombiləri oğurlanan zərərçəkənlərdən ikisi şəhid ailəsidir. Polis əmıkdaşları tərəfindən oğurlanan kombilərin bir neçəsi saxlanılan şəxslərdən aşkar olunaraq maddi sübut kimi götürülüb. Şəhid ailələrinə məxsus kombi aparatlarının qısa zaman ərzində onlara qaytarılması təmin ediləcəkdir.

Faktlarla bağlı 10-cu Polis Bölməsində toplanan materiallar Qaradağ Rayon Polis İdarəsinə göndərilib. Saxlanılan şəxslərin  qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Qaradağ Rayon Polis İdarəsinə, ərazi üzrə polis orqanlarına və ya "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.

Gün ərzində törədilmiş 41 cinayətin üstü “isti izlər”lə açılmışdır
11 noyabr 2021 13:01

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 41 cinayətin üstü “isti izlər”lə açılmışdır.

  • Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunmuşdur.
  • Axtarışda olduğuna görə ümumilikdə 67 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 47 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 2 nəfər xəsarət almışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılmışdır.
Bakı şəhər sakini O.Həsənova qarşı quldurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini E.Məhərrəmli müəyyən edilərək saxlanılmışdır
11 noyabr 2021 12:51Abşeron Rayon Polis İdarəsinə noyabrın 7-də saat 2 radələrində Hökməli qəsəbəsi ərazisində Bakı şəhər sakini O.Həsənovun idarə etdiyi “Chevrolet” markalı avtomobildə şərnişininin onun baş nahiyəsinə küt alətlə xəsarət yetirərək mobil telefonunu alması barədə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məhərrəmli müəyyən edilərək saxlanılmışdır.

“Aztelekom” MMC-nin Abşeron Filialına məxsus 750 metr kabeli oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Mirbalazadə saxlanılmışdır
11 noyabr 2021 12:51Abşeron Rayon Polis İdarəsinə Fatmayı, Digah və Goradil kəndləri ərazilərində “Aztelekom” MMC-nin Abşeron Filialına məxsus 750 metr kabelin oğurlanması barədə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini M.Mirbalazadə müəyyən edilərək saxlanılmışdır.

Kəpəz rayonu ərazisində avtomobildən pul və maqnitofon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini R.Qasımov saxlanılnmışdır
11 noyabr 2021 12:57Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində “Mercedes” markalı bir avtomobildən 788 manat pul və maqnitofon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş R.Qasımov saxlanılnmışdır. Araşdırmalarla onun Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olduğu da müəyyən edilmişdir.
Cəlilabad rayon sakini Ə.Rüstəmovdan müvafiq sənədləri olmayan ov tüfəngi götürülmüşdür
11 noyabr 2021 12:48Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Muğan kənd sakini Ə.Rüstəmovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülmüşdür.
Astara rayon sakinləri A.Səfərov və Ə.Həsənovdan silah-sursat götürülmüşdür
11 noyabr 2021 12:48Astara RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şiyakəran kənd sakini A.Səfərovdan müvafiq sənədləri olmayan “İJ-24” markalı ov tüfəngi, 24 ədəd patron və 1 ədəd patrondaş, Pəlikəş kənd sakini Ə.Həsənovdan isə müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi, 9 ədəd patron və 1 ədəd patrondaş götürülmüşdür.
Goranboy rayonunun Nizami kəndi ərazisində “Hyundai” və “Oka” markalı avtomobillər toqquşmuşdur
11 noyabr 2021 12:47Noyabrın 11-də saat 17 radələrində Goranboy rayonunun Nizami kəndi ərazisində Gəncə şəhər sakini T.Hacıyevin idarə etdiyi “Hyundai” və Gədəbəy rayon sakini Abdulxaliq Rüstəmovun idarə etdiyi “Oka” markalı avtomobillər toqquşmuşdur. Nəticədə A.Rüstəmov hadisə yerində ölmüş, xəsarət almış digər sürücü xəstəxanaya yerləşdirilmişdir.

Goranboy RPŞ tərəfindən araşdırma aparılır.