Ölçü:
Rəng:
az en ru

Saytın əsas versiyası

Press-relizlər

Qazax rayonunun Dəmirçilər kəndi ərazisində yerləşən köhnə dəmir yolu relslərini kəsərək oğurlamağa cəhd göstərən şəxslər saxlanılmışlar
12 noyabr 2021 12:09Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 11-də Dəmirçilər kəndi ərazisində yerləşən köhnə dəmir yolu relslərini kəsərək oğurlamağa cəhd göstərən rayon sakinləri S.Məmmədov, M.Kosayev, Q.Hadiyev və Goranboy rayon sakini M.Musayev saxlanılmışlar. Ətraflarında aparılan tədbirlərlə onların Cəfərli kəndi ərazisindən Ağstafa dəmir yolu təmiri sahəsinə məxsus 175 metr relsi oğurlamaları və 425 metr relsi oğurlamağa cəhd göstərmələri də müəyyən edilmişdir.
Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindəki yerüstü piyada keçidinin pəncərələrini və çərçivə dayaqlarını oğurlamaqda şübhəli bilinən R.Məmmədov saxlanılmışdır
12 noyabr 2021 12:01Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hövsan qəsəbəsi ərazisindəki yerüstü piyada keçidinin pəncərələrini və çərçivə dayaqlarını oğurlamaqda, həmçinin rayon ərazisindəki bir evdən 2560 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini R.Məmmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.
Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən zavoddan 200 kiloqram çəkidə metal qırıntılarını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
12 noyabr 2021 12:04Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “Sumqayıt Superfosfat” zavodunun ərazisindən 200 kiloqram çəkidə metal qırıntılarının oğurlanması barədə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəhər sakini A.Həsənov, Abşeron rayon sakinləri T.Mikayılov və C.Əhmədov müəyyən edilərək saxlanılmışlar.

Araşdırma aparılır.
Xaçmaz şəhəri ərazisində yerləşən Şəxsiyyətlər parkındakı 3 fontandan 140 metr elektrik naqilini oğurlamaqda şübhəli bilinən M.Musayev saxlanılmışdır
12 noyabr 2021 12:03Xaçmaz Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən Şəxsiyyətlər parkındakı 3 fontandan 140 metr elektrik naqilinin oğurlanması barədə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Xaçmaz şəhər sakini M.Musayev müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.

Ucar rayon sakini E.Məcidovun yaşadığı evdən 1 kiloqramdan artıq marixuana, həyətyanı sahədən isə 2 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür
12 noyabr 2021 12:01Ucar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bərgüşad kənd sakini E.Məcidovun yaşadığı evə baxış zamanı oradan 1 kiloqram 56 qramdan artıq marixuana, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 2 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
Oğurluq etdiyinə görə tutulmuş S.Mustafayevin daha bir mağazadan pul və tütün məmulatı oğurlaması da müəyyən edilmişdir
12 noyabr 2021 12:00Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş S.Mustafayevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha bir mağazadan 445 manat pul və 452 manat dəyərində tütün məmulatı oğurlaması da müəyyən edilmişdir.
Abşeron rayonu ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Xırdalan şəhər sakini E.Ağayev saxlanılmışdır
12 noyabr 2021 11:58Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 3 ədəd televizor, 3 ədəd noutbuk, 1 ədəd mobil telefon və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş  E.Ağayev saxlanılmışdır.
Masallı rayonu ərazisindəki evlərin birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini E.Məmmədov saxlanılmışdır
12 noyabr 2021 11:57Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 2250 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Yeddioymaq kənd sakini E.Məmmədov saxlanılmışdır. Ətrafında aparılan tədbirlərlə onun həmkəndlisi R.Ağayevlə birgə daha bir evdən 5000 manat dəyərində, digər evdən isə 1500 manat dəyərində məişət əşyaları oğurlamaları da müəyyən edilmişdir.

R.Ağayev də polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Saatlı rayonunun Qarayevkənd kənd sakini M.Həsənovdan qanunsuz saxladığı ov tüfəngi götürülmüşdür
12 noyabr 2021 11:56Saatlı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Qarayevkənd kənd sakini M.Həsənovdan qanunsuz saxladığı “TOZ-18” markalı ov tüfəngi götürülmüşdür.
Xəzər rayonunun Binə qəsəbəsi ərazisində “VAZ-21015” markalı avtomobillə 45-50 yaşlı kişi vurulmuşdur
12 noyabr 2021 11:55Noyabrın 12-də saat 18 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini Ə.Babazadə idarə etdiyi “VAZ-21015” markalı avtomobillə 45-50 yaşlı kişini vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.