Ölçü:
Rəng:
az en ru

Saytın əsas versiyası

Press-relizlər

Sumqayıt şəhər sakini E.Əliverdiyevdən narkotik vasitələr və elektron tərəzi aşkar edilərək götürülmüşdür
15 noyabr 2021 08:58

Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əliverdiyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 10 qramdan artıq heroin, metamfetamin və elektron tərəzi aşkar edilərək götürülmüşdür.

Gün ərzində törədilmiş 26 cinayətin üstü “isti izlər”lə açılmışdır
15 noyabr 2021 12:06

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 26 cinayətin üstü “isti izlər”lə açılmışdır.  

  • Əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunmuşdur.    
  • Axtarışda olduğuna görə ümumilikdə 104 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 5 nəfər xəsarət almışdır.   
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılmışdır.

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
15 noyabr 2021 08:53Noyabrın 15-də polis əməkdaşları tərəfindən respublika ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları “COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Abşeron rayonunda taksi sürücüsünü daşla vuraraq ona qarşı quldurluq edən “müştəri” saxlanılıb
15 noyabr 2021 08:50Abşeron rayonu Atyalı yaşayış massivində taksi sürücüsünə qarşı quldurluq edilib. Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə müraciət edən zərərçəkən sürücü bildirib ki, paytaxtın Nizami rayonunda bir nəfər sərnişin avtomobilə əyləşərək onu qeyd edilən yaşayış massivinə aparmasını xahiş edib. Deyilən ünvana çatanda isə müştəri üzərində olan daş parçası ilə sürücüyə müxtəlif dərəcəli bədən xəsarəti yetirib daha sonra onun mobil telefonunu götürərək hadisə yerindən uzaqlaşıb. Qobu Polis Bölməsinin əmədaşları tərəfindən məlumat daxil olan kimi dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Həyata keçirilən əməliyyat zamanı həmin hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər məhkum olunmuş Elbrus Məhərrəmli saxlanılıb və o, ifadəsində törətdiyi hadisəni etiraf edib.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Abşeron Rayon Polis İdarəsinə göndərilib və Cinayət Məcəlləsinin 181.2.5. (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Bu şəxsin Abşeron rayonu, eləcə də paytaxt ərazisində digər qanunazidd hərəkətlər etdiyi istisna olunmur. Elbrus Məhərrəmlinin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron Rayon Polis İdarəsinə, Qobu Polis Bölməsinə, ərazi üzrə polis orqanlarına, həmçinin  "102" Xidməti-Zəng Mərkəzin və Nazirliyin rəsmi sosial şəbəkə hesablarına  məlumat verə bilərlər.

Gün ərzində törədilmiş 28 cinayətin üstü “isti izlər”lə açılmışdır
14 noyabr 2021 12:08Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 28 cinayətin üstü “isti izlər”lə açılmışdır.

  • Əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunmuşdur.
  • Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 2 nəfər xəsarət almışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılmışdır.

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
14 noyabr 2021 12:08Noyabrın 13-də və 14-də polis əməkdaşları tərəfindən respublika ərazisində 3 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları “COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Neftçala rayonunun Aşağı Qaramanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
14 noyabr 2021 11:55Noyabrın 14-də saat 23 radələrində Neftçala rayonunun Aşağı Qaramanlı kəndi ərazisində rayon sakinləri A.Xankişiyevin və N.Həsənovun idarə etdikləri 2 “VAZ-21154” markalı avtomobil toqquşmuşdur. Nəticədə A.Xankişiyevin sərnişinlərindən Namiq Əliyev və Xəyal Ağayev hadisə yerində ölmüş, özü və digər 1 sərnişini isə xəstəxanaya yerləşdirilmişlər.

Neftçala RPŞ tərəfindən araşdırma aparılır.

Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində “Ford Transit” markalı avtomobillə qəsəbə sakini A.Hüseynov vurulmuşdur
14 noyabr 2021 12:03Noyabrın 14-də saat 23 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Kərimov idarə etdiyi “Ford Transit” markalı avtomobillə yolu keçən qəsəbə sakini Azad Hüseynovu vurmuşdur.  Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində “Mercedes Vito” markalı avtomobillə Qazax rayon sakini P.Əsgərov vurulmuşdur
14 noyabr 2021 12:05Noyabrın 14-də saat 7 radələrində Sabunçu rayonu Sabunçu qəsəbəsinin ərazisində Bakı şəhər sakini V.Mahmudov idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə yolu keçən Qazax rayon sakini Pərviz Əsgərovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Kürdəmir rayon sakini E.Kərimovdan qanunsuz saxladığı ov tüfəngi götürülmüşdür
14 noyabr 2021 09:21Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən Garıs Əyribənd kənd sakini E.Kərimovdan qanunsuz saxladığı “Tula” markalı ov tüfəngi götürülmüşdür.