Ölçü:
Rəng:
az en ru

Saytın əsas versiyası

Press-relizlər

Nəqliyyat vasitəsi qaçırıdığına görə tutulmuş R.Dəmirovun F.Məmmədova və S.İsmayılova məxsus avtomobilləri qaçırması da müəyyən edilmişdir
16 noyabr 2021 11:06

Nəqliyyat vasitəsi qaçırıdığına görə tutulmuş R.Dəmirovun ətrafında Sabunçu RPİ-nin əməkdaşları tərəfindən aparılmış tədbirlərlə onun F.Məmmədova məxsus “VAZ-2107” və S.İsmayılova məxsus “Moskviç” markalı avtomobilləri qaçırması da müəyyən edilmişdir.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Camalov, Ə.Osmanov və G.Nuriyeva saxlanılmışlar
16 noyabr 2021 11:06

Cəlilabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Camalov, Ə.Osmanov və G.Nuriyeva saxlanılmışlar. Şəxsi axtarış zamanı R.Camalovdan heroin və metamfetamin, Ə.Osmanovun idarə etdiyi “Toyota” markalı avtomobildən isə 566 qramdan artıq heroin, 31 qramdan artıq metamfetamin, marixuana və 11 ədəd preqabalin həbləri aşkar edilərək götürülmüşdür.

Oğurluqda şübhəli bilinən Cəlilabad rayonunun Şabanlı kənd sakini E.Əliyev saxlanılmışdır
16 noyabr 2021 11:06

Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 7-də rayon ərazisindəki evlərin birindən 4000 manat pul, 2800 manat dəyərində qızıl-zinət əşyaları və bank kartı oğurlamaqda şübhəli bilinən Şabanlı kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev saxlanılmışdır.

Gün ərzində törədilmiş 61 cinayətin üstü “isti izlər”lə açılmışdır
16 noyabr 2021 12:21

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 61 cinayətin üstü “isti izlər”lə açılmışdır.  

  • Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunmuşdur.    
  • Axtarışda olduğuna görə ümumilikdə 64 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 52 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 4 nəfər xəsarət almışdır.   
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılmışdır.

Quldurluq etməkdə şübhəli bilinən Yevlax rayon sakini N.Nəsirov saxlanılmış, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir
15 noyabr 2021 11:17

Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə noyabrın 15-də saat 2 radələrində Lökbatan qəsəbəsi ərazisində 2 nəfərin Abşeron rayon sakini S.Səlimli döyərək 1725 manat pulunu və mobil telefonunu almaları barədə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini N.Nəsirov saxlanılmış, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir.

Araşdırma aparılır.

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
15 noyabr 2021 11:17

Noyabrın 15-də polis əməkdaşları tərəfindən respublika ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları “COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Tovuz rayonunun Dönük Qırıqlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
15 noyabr 2021 11:17

Noyabrın 15-də saat 8 radələrində Tovuz rayonunun Dönük Qırıqlı kəndi ərazisində rayon sakinləri Hüseyn Zeynalovun idarə etdiyi “VAZ-21013” və S.Alıyevin idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşmuşdur. Nəticədə H.Zeynalov hadisə yerində ölmüş, digər sürücüyə və 4 sərnişinə xəstəxanada tibbi yardım göstərilmişdir.
Tovuz RPŞ tərəfindən araşdırma aparılır.

Yevlax şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
15 noyabr 2021 11:12

Noyabrın 15-də saat 18 radələrində Yevlax şəhəri ərazisində şəhər sakini Davani Əmiraslanov idarə etdiyi “VAZ-21011” markalı avtomobili yolun kənarında dayanmış “MAZ” markalı avtomobilə vurmuşdur. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Oğurluqda şübhəli bilinən paytaxt sakinləri Ə.Hətəmov və İ.Məmmədov müəyyən edilərək saxlanılmışlar
15 noyabr 2021 11:12

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 15-də rayon ərazisində Bakı şəhər sakini F.Əhmədova məxsus 1000 manat dəyərində avtomobil qoşqusu və dartıcısını oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Ə.Hətəmov və İ.Məmmədov müəyyən edilərək saxlanılmışlar.

Qanunsuz ov edən Tərtər rayonunun İsmayılbəyli kənd sakini B.Aslanov saxlanılmışdır
15 noyabr 2021 11:12

Tərtər RPŞ-nin əməkdaşları tərəfindən İsmayılbəyli kəndi ərazisində qanunsuz ov edən kənd sakini B.Aslanov saxlanılmış, ondan “TOZ-16” markalı ov tüfəngi götürülmüşdür.