Binəqədi rayonu ərazisində bir neçə oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Bağırov saxlanılmışdır | |
17 noyabr 2021 12:09Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 2 həyətdən dəmir borular, kombi hissələri, R.Xədərova məxsus velosipedi və A.Süleymanovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Bağırov saxlanılmışdır. |
Yasamal rayonu ərazisində avtomobildən pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Həşimov saxlanılmışdır | |
17 noyabr 2021 12:06Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində “Renault” markalı bir avtomobildən 2200 manat oğurlamaqda şübhəli bilinən avtomobil sahibinin oğlu, Bakı şəhər sakini C.Həşimov müəyyən edilərək saxlanılmışdır. |
Goranboy rayon sakini N.Əliyevin dələduzluq yolu ilə pulunu almaqda şübhəli bilinən A.Puşkaryov saxlanılmışdır | |
17 noyabr 2021 12:06Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayon sakini N.Əliyevin dələduzluq yolu ilə pulunu almaqda şübhəli bilinən A.Puşkaryov saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun müxtəlif vaxtlarda daha 11 nəfərə qarşı dələduzluq etməsi və 3 evin həyətindən su mühərrikləri oğurlaması da müəyyən edilmişdir. |
Zərdab rayonunun Gödəkqobu kənd sakini X.Mürşüdovdan qanunsuz saxladığı ov tüfəngi götürülmüşdür | |
17 noyabr 2021 12:06Zərdab RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gödəkqobu kənd sakini X.Mürşüdovdan qanunsuz saxladığı “TOZ-16” markalı ov tüfəngi götürülmüşdür. |
Qəbələ rayonunun Zarağan kənd sakini Ş.Hacıyev qanunsuz ov etdiyinə görə saxlanılmışdır | |
17 noyabr 2021 12:06Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən Aydınqışlaq kəndi ərazisində qanunsuz ov etdiyinə görə Zarağan kənd sakini Ş.Hacıyev saxlanılmışdır. Ondan müvafiq sənədləri olan “Bum” markalı ov tüfəngi götürülmüşdür. |
Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Beyləqan rayon sakini İ.Həsənov müəyyən edilərək saxlanılmışdır | |
16 noyabr 2021 11:07 Nizami RPİ-nin 23-cü Polis Bölməsinə noyabrın 16-da rayon ərazisindən Bakı şəhər sakini A.Həsənova məxsus “KİA” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün yol kənarında dayanmış 2 avtomobilə dəymiş vəziyyətdə tapılmışdır. Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş İ.Həsənov müəyyən edilərək saxlanılmışdır.Nizami RPİ tərəfindən araşdırma aparılır. |
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb | |
16 noyabr 2021 11:06 Noyabrın 16-da polis əməkdaşları tərəfindən respublika ərazisində 4 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları “COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. |
Şəmkir rayonunun Qasımalılar kəndi ərazisində yol-nəqliyyat hadisəsi | |
16 noyabr 2021 11:06 Noyabrın 16-da saat 12 radələrində Şəmkir rayonunun Qasımalılar kəndi ərazisində Gədəbəy rayon sakinləri E.Zeynalovun idarə etdiyi “Mercedes”, S.Allahverdiyevin idarə etdiyi “VAZ-2106” və Bayram Gözəlovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşmuşdur. Nəticədə B.Gözəlov, arvadı Gəncalə və sərnişinlərindən Aliyə Əliyeva hadisə yerində ölmüş, digər 3 sərnişini, habelə E.Zeynalov xəstəxanaya yerləşdirilmişlər. |
Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi | |
16 noyabr 2021 11:06 Noyabrın 16-da saat 7 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini S.Ələsgərov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Cəlilabad rayon sakini Hüseynəli Zeynalovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. |
Ramana qəsəbə sakini Ə.Həbibovun evinə baxış zamanı tüfəng və 23 ədəd patron aşkar edilərək götürülmüşdür | |
16 noyabr 2021 11:06 Sabunçu RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Ramana qəsəbə sakini Ə.Həbibovun evinə baxış zamanı “TOZ-8” markalı tüfəng və 23 ədəd patron aşkar edilərək götürülmüşdür. |