Ölçü:
Rəng:
az en ru

Saytın əsas versiyası

Press-relizlər

Binəqədi qəsəbəsi ərazisində F.Mustafayevə qarşı quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılmışlar
18 noyabr 2021 11:53Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 20-də Binəqədi qəsəbəsi ərazisində F.Mustafayevi quldurluq yolu ilə “NAZ Lifan” markalı avtomobilindən düşürərək döyməkdə, avtomobildən içərisində bank kartı və sənədlər olan pulqabısını götürməkdə şübhəli bilinən Abşeron rayon sakinləri, əvvəllər məhkum olunmuşlar – İ.Abbasov və M.Muradov müəyyən edilərək saxlanılmışlar.
Binəqədi rayonu ərazisindəki 6 evin həyətindən su sayğacları oğurlamaqda şübhəli bilinən T.Allahverdiyev saxlanılmışdır
18 noyabr 2021 11:50Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda 6 evin həyətindən su sayğacları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Allahverdiyev saxlanılmışdır.
Nəsimi rayonu ərazisində Ə.Rəcəbliyə məxsus mopeddən çantasını oğurlamaqda şübhəli bilinən A.Babayev saxlanılmışdır
18 noyabr 2021 11:50Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 14-də Ə.Rəcəbliyə məxsus mopeddən içərisində 1000 manat pul, şəxsiyyət vəsiqəsi və 130 manat dəyərində dəbilqə olan çantanı oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş A.Babayev saxlanılmışdır.
Paytaxtın Nizami rayonu ərazisində avtomobildən oğurluq etməkdə şübhəli bilinən C.Quliyev saxlanılmışdır
18 noyabr 2021 11:50Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 1-də rayon ərazisində “Chevrolet” markalı bir avtomobildən pul, eynək, 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Quliyev saxlanılmışdır.
Lənkəran rayonunun Kərgəlan kənd sakini V.Heydərovdan heroin aşkar edilərək götürülmüşdür
18 noyabr 2021 09:52Lənkəran ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Kərgəlan kənd sakini, əvvəllər məhkum olunmuş V.Heydərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.

Ətrafında aparılmış tədbirlərlə onun müxtəlif vaxtlarda şəhər ərazisindəki 8 mağazadan ümumilikdə 1085 manat pul, 1015 manat dəyərində tütün məmulatı, 275 manat dəyərində ərzaq məhsulları və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Yasamal rayonunda son 7 gündə keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 10 nəfər saxlanılıb
18 noyabr 2021 12:22Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 7 gündə həyata keçirilən əməliyyatlar nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 10 nəfər saxlanılaraq ərazi üzrə şöbə və bölmələrinə gətiriliblər. Əməliyyat nəticəsində paytaxt sakinləri Emin Muradov, Cavad Qasımov, Elman Baxışov, Vaqif Mahmudov, Vüsal Saidov, Eldəniz Ələkbərov, Toğrul Əliyev, Seymur Qənbərov, Nemət Qənbərov və Cavid Məhərrəmov tutulublar. Onların üzərindən külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Bu şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Faktlarla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Gün ərzində törədilmiş 33 cinayətin üstü “isti izlər”lə açılmışdır
17 noyabr 2021 12:10Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 33 cinayətin üstü “isti izlər”lə açılmışdır.

  • Əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunmuşdur.
  • Axtarışda olduğuna görə ümumilikdə 57 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılmışdır.

Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir
17 noyabr 2021 12:09Polis orqanları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Noyabrın 17-də Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının birgə keçirdikləri tədbirlər zamanı Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində “KamAZ” markalı 2 yük avtomobili ilə çirkab suların və qarşışıq tullantıların boşaldılması və qalaqlanması aşkar edilib.   

İnzibati Xətalar Məcəlləsinin 266-cı (istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) və 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddələrinin tələblərini pozduqlarına görə həmin yük avtomobillərinin sürücüləri V.Qədirov və R.Ağakişiyev barəsində protokollar tərtib edilib.

Suraxanı rayonu ərazisində keçirilən tədbir zamanı isə Bülbülə gölü ərazisində “KamAZ” markalı yük avtomobili ilə qarışıq tullantıların boşaldılaraq qalaqlanması aşkar edilib və İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin tələblərini pozduğuna görə həmin yük avtomobilinin sürücüsü Ə.Həsənov barəsində də protokol tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.
Noyabrın 11-də Samux rayon sakini A.Hüseynova ölümcül xəsarət yetirməkdə şübhəli bilinən E.Mehdiyev və T.Yusifov tutularaq istintaqa təhvil verilmişlər
17 noyabr 2021 12:09Noyabrın 11-də Samux rayonunun Sərkar kəndi ərazisindən kənd sakini, əvvəllər məhkum olunmuş 54 yaşlı Aytəkin Hüseynovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və noyabrın 12-də orada ölməsi ilə bağlı daxil olmuş məlumatla əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Baş Cinayət Axtarışı İdarəsi və Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinənlər -  Saatlı rayon sakini E.Mehdiyev və Sərkar kənd sakini T.Yusifov tutularaq istintaqa təhvil verilmişlər.
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
17 noyabr 2021 12:09Noyabrın 17-də polis əməkdaşları tərəfindən respublika ərazisində 5 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları “COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.