Ölçü:
Rəng:
az en ru

Saytın əsas versiyası

Press-relizlər

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin məlumatı
03 aprel 2021 12:1325 mart 2021-ci il tarixdə Binəqədi rayon sakini 1979-cu il təvəllüdlü Baxşəliyeva Qərənfil İlyas qızının itkin düşməsi ilə bağlı Binəqədi rayon Polis idarəsinə daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş Qərənfil Baxşəliyevanın qəsdən öldürülməsi müəyyən edilmişdir.
Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətlərinin məlumatı
30 mart 2021 13:572021-ci il mart ayının 29-da saat 23:40 radələrində polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və odlu silah gəzdirməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə ağır cinayətlərə görə məhkum olunmuş Vüsal Səmədov idarə etdiyi “Saipa” markalı avtomobillə paytaxtın Yasamal rayonu ərazisində saxlanılarkən hakimiyyət nümayəndəsi olan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərməklə idarə etdiyi nəqliyyat vasitəsini polis əməkdaşlarının xidməti istifadəsində olan iki avtomobilə  vuraraq, hadisə yerindən qaçmağa cəhd göstərmişdir.
Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib
19 mart 2021 18:35Azərbaycan  Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov martın 19-da respublikanın şəhər və rayon polis orqanlarında vakant olan  Post-Patrul Xidmətinin polis nəfəri vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətlərinin məlumatı
19 mart 2021 12:22

Gəncə şəhər sakini 2002-ci il təvəllüdlü Musayeva Pərvin Xəqani qızını boğaraq qətlə yetirməkdə şübhəli bilinən Sərdar Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
16 mart 2021 21:55Bu gün – martın 16-da saat 17 radələrində Ağdam rayonunun Əfətli kəndində yaşayan Hüseynov Akif, oğlanları Razi, Bayram, Anar və qonşuları Bəhruz Abdulov Yusifcanlı kəndi ərazisindəki qəbiristanlıqda dəfn edilmiş yaxınlarının məzarını ziyarət etmək məqsədi ilə kənar şəxslərin girişinə məhdudiyyət qoyulmuş və minalardan təmizlənməmiş əraziyə daxil olarkən minaya düşüblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
12 mart 2021 17:45Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə martın 12-də Daxili Qoşunların yaranmasının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
05 mart 2021 15:00Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov martın 5-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib
04 mart 2021 18:26
Bu gün – martın 4-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər və rayon polis orqanlarında vakant olan post-patrul xidmətinin polis nəfəri vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
Avtomobillərini texniki baxışdan keçirməyən sürücülərə cərimə ediləcəklər
01 mart 2021 11:15Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə bağlı sürücülərə bir daha  müraciət edib. Bildirilir ki, nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış şəxslər istifadələrində olan avtomobillərini texniki baxışdan keçirməlidirlər.
Fevralın 26-da “Ana harayı” abidəsini ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək
25 fevral 2021 12:55Hər il olduğu kimi, bu il də xalqımız Xocalı soyqırımı qurbanlarının unudulmaz və əziz xatirəsini böyük kədər və hüznlə qeyd edəcək, vətəndaşlarımız anım mərasimlərinə qatılacaqlar.