Ölçü:
Rəng:
az en ru

Saytın əsas versiyası

Press-relizlər

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatı
02 avqust 2021 13:50Daxil olmuş məlumatlar və aparılan yoxlamalar nəticəsində paytaxt ərazisində yerləşən bir neçə tibb müəssisəsində pul müqabilində bəzi vətəndaşlara dair məlumatların vaksinasiya prosesindən keçmədən “e-TƏBİB” elektron qeydiyyat sisteminə yerləşdirilməsi və bununla da həmin şəxslərin guya vaksin olunmaları ilə bağlı saxta COVİD-19 pasportu ilə təmin edilmələri məlum olub.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatı
27 iyul 2021 18:20

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş məlumat əsasında Yasamal rayonu ərazisində idarə etdiyi avtomaşın saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərən şəxs üzərində olan qumbaranın partlaması nəticəsində ölmüşdür. 

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatı
23 iyul 2021 19:34Sabirabad rayon sakini 1967-ci il təvəllüdlü Mübarək Ağayevanın üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. 
Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir
14 iyul 2021 15:29Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə Xəzər dənizinin sahil zolağında, çimərliklərdə sanitariya-gigyena qaydalarına riayət edilməsi ilə bağlı tədbirləri davam etdirir.
Gənc zabitlər xidmətə başladılar
12 iyul 2021 20:13İyulun 12-də Daxili İşlər Nazirliyində bu il Polis Akademiyasının əyani  şöbəsini bitirmiş məzunların paytaxtın polis orqanlarında orta rəis heyəti vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
12 iyul 2021 15:40Daxili İşlər Nazirliyinin əməkdaşları Dövlət Vergi Xidməti və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə Bakı şəhərində, eləcə də respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən şadlıq saraylarında müntəzəm olaraq yoxlamalar həyata keçirir.
Antinarkotik təbliğatla bağlı Daxili İşlər Nazirliyinin ictimaiyyətə müraciəti
10 iyul 2021 11:27Ümid edirik ki, “narkotiklərə yox” devizi hamılıqla dəstəklənəcək, hər kəs XXI əsrin ən ağrılı problemlərindən biri olan narkomaniyaya qarşı mübarizə işinə öz töhfəsini verəcəkdir.
Cinayətkarlıqla mübarizə və ictimai asayişin mühafizəsi etibarli təmin olunur
09 iyul 2021 16:11İyulun 9-da Daxili İşlər Nazirliyində 2021-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, asayişin qorunması və təhlükəsizliyin təmini sahəsində fəaliyyətin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında Kollegiya iclası keçirilib.
Daxili İşlər Nazirliyinin vətəndaşlara müraciəti
09 iyul 2021 15:53Daxili İşlər Nazirliyi övladına toy etməyi planlaşdıran vətəndaşlarımızı öncədən təbrik edir, eyni zamanda onlardan  təşkil edəcəkləri toy və digər şənlik mərasimləri zamanı koronovirus pandemiyası ilə əlaqədar tətbiq edilən bütün qərarlara, o cümlədən dəvət edilən qonaqların say məhdudiyyətinə, onların COVID-19 pasportuna malik olmaları tələbinə ciddi nəzarət və riayət etməyi xahiş edir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
08 iyul 2021 14:50Bu gün – iyulun 8-də Füzuli rayon sakinləri Nuru Nuriyev və Elnur Həşimov nəzarət postlarından kənar qanunsuz yollarla rayonun işğaldan azad edilmiş Aşağı Əbdürəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşərək ağır bədən xəsarəti almışlar.