Ölçü:
Rəng:
az en ru

Saytın əsas versiyası

Press-relizlər

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
05 fevral 2020 09:57Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Həməd Abdulla Xudeyri qəbul edib.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin məlumatı
03 fevral 2020 18:33Fevralın 1-də itkin düşmüş Qusar rayonu Bədirqala kənd sakini, 2006-cı il təvəllüdlü Əmrah Əmrahovun axtarılıb tapılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində onun  meyiti fevralın 3-də saat 16 radələrində yaşadığı evdən təxminən 1 km kənarda fərdi təsərrüfata aid sahədə yüksək gərginlikli transformator otağında aşkar edilmişdir.
Vətəndaşların nəzərinə
01 fevral 2020 15:59

Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən 2020-ci il fevral ayının 28-də Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab və Saatlı şəhər və rayonlarının sakinlərinin Şirvan şəhər Polis Şöbəsində qəbulunun keçirilməsi nəzərdə tutulmuşdur.

Vətəndaşların nəzərinə
01 fevral 2020 15:57Azərbaycan Respublikası Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov tərəfindən 2020-ci il fevral ayının 22-də Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Xocalı, Naftalan şəhər və rayonlarının sakinlərinin Bərdə rayon Polis Şöbəsində qəbulunun keçirilməsi nəzərdə tutulmuşdur.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin məlumatı
29 yanvar 2020 20:55Yanvarın 29-da saat 18 radələrində 6 yaşlı Alsu Pikulo və 2 yaşlı Marat Pikulonun üzərində zorakılıq əlamətləri olan meyitlərinin, nənələri 1963-cü il təvəllüdlü Nina Allahverdiyevanın isə asılmış vəziyyətdə meyitinin birgə yaşadıqları paytaxtın Nizami rayonu, Rüstəmov küçəsi, 74 saylı evin 2-ci mərtəbəsində yerləşən 59-cu mənzilində aşkar olunması barədə daxil olmuşdur. 
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin məlumatı
29 yanvar 2020 18:44Yanvarın 29-da saat 11 radələrində Masallı rayonu Xoşçobanlı kənd sakini 23 avqust 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanın üzərində zorakılıq əlamətləri olan meyitinin rayon mərkəzi xəstəxanasına daxil olması ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin məlumatı
27 yanvar 2020 18:37Son günlər bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə ölkəmizdəki sabitliyin pozulmasında maraqlı olan şəxslər tərəfindən qəsdən sağlamlığa ağır zərər vurma cinayətinə görə azadlıqdan məhrum edilmiş Salyan rayon sakini Aytəkin Abıyevanın guya polis əməkdaşı Həmzə Əzizov tərəfindən zorakılığa məruz qalması və özünü Aytəkin Abıyevanın müdafiəçisi kimi göstərmək istəyən həmin rayonun sakini Zamin Salayevə (Əlizamin Salayev) işgəncə verilməsi barədə məlumatlar yayılır.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı
22 yanvar 2020 17:00Yanvarın 22-də Daxili İşlər Nazirliyində 2019-cu ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
Yol hərəkəti təhlükəsizliyinin vəziyyəti müzakirə olundu
21 yanvar 2020 15:16Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Baş Dövlət Yol Polisi İdarəsində 2019-cu ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Paytaxt polisi hesabat verdi
17 yanvar 2020 15:04Yanvarın 17-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2019-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.