Axtarış

Virtual Karabakh Justice for khojaly

Krimnal xronika

tarixindən tarixinə
Oteldə karantin rejimi qaydalarının pozulduğu və müştərilərə qəlyan təklif edildiyi aşkar olunub
25 noyabr 2021Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bəzi ictimai-iaşə obyektlərində müştərilərə qəlyan təklif edilməsi hallarına rast gəlinir.

Karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, eyni zamanda qəlyandan istifadə edilməsinə şərait yaradan məkanların aşkarlanması istiqamətində daxili işlər orqanlarının əməkdaşları paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət–profilaktik tədbirləri davam etdirirlər.

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktiki tədbirlər zamanı paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Pure Boutique Hotel” otelində karantin rejimi qaydalarının pozularaq qəlyan məmulatlarından istifadə edilməklə müştərilərə xidmət göstərilməsi müəyyən olunub.   

Otelin icarədarı Y.Tapdıqzadə və 3 işçi saxlanılaraq müvafiq tədbirlərin görülməsi üçün Nərimanov Rayon Polis İdarəsinə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.
Narkoruryerliyə cəlb olunan 2 nəfər saxlanılıb
25 noyabr 2021Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində növbəti əməliyyat həyata keçirilib.

Əldə edilmiş məlumat əsasında həyata keçirilən tədbir zamanı Masallı rayon sakini Fərhad Nuroğlu və paytaxt sakini Ramin Qurbanov narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindikləri üçün saxlanılıblar. Onlardan 6 qramdan artıq heroin və metamfetamin götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Ramin Qurbanovun paytaxt ərazisində yaşadığı mənzildən ümumi çəkisi 31 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə, o cümlədən 22 kiloqramdan artıq heroin, 7 kiloqrama yaxın “patı”, “şüşə” adlanıdırılan metamfetamin və 2 kiloqram tiryək aşkar edilib.

Fərhad Nuroğlu və Ramin Qurbanovun ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, onlar xarici ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq narkokuryerliyə cəlb ediliblər. Daha sonra Fərhad Nuroğlu narkotik vasitələri Yardımlı rayonu ərazisində qəbul edərək Qaradağ rayonu ərazisində tanışı Ramin Qurbanova verib. Sonuncu isə narkotikləri yaşadığı evə gətirərək orada gizlədib. Onların məqsədi əldə etdikləri külli miqdarda narkotik vasitə və psixotrop maddələrin hissə-hissə Bakı şəhərində satışını təşkil etmək olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Hər iki şəxs barəsində məhkəmə tərəfindən həbs qətimkan təsdbiri seçilib.

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
24 noyabr 2021

Noyabrın 24-də polis əməkdaşları tərəfindən respublika ərazisində 6 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları “COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Salyan rayonunun Cəngən kəndi ərazisində yol-nəqliyyat hadisəsi
24 noyabr 2021

Noyabrın 24-də saat 17 radələrində Salyan rayonunun Cəngən kəndi ərazisində kənd sakini T.Salmanov idarə etdiyi “Muravey” markalı motosikleti aşırmış və nəticədə sərnişini olan 5 yaşlı qızı hadisə yerində ölmüşdür.
Salyan RPŞ tərəfindən araşdırma aparılır.

Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi
24 noyabr 2021

Noyabrın 24-də saat 16 radələrində Nəsimi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini R.Əliyeva vurulmuş və o, xəstəxanaya yerləşdirilmişdir.

Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Ravon” markalı avtomobillə törədilməsi müəyyən edilmişdir.

Həmin nəqliyyat vasitəsini idarə edən sürücünün saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.  

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini R.Ağayev saxlanılmışdır
24 noyabr 2021

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 1 evdən 5500 manat pul və 1 mağazadan 87 manat, 100 ABŞ dolları, 4743 manat dəyərində kassa aparatı və 2 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Ağayev saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş A.Məmmədovun ayrı-ayrı vətəndaşlara məxsus 3 mobil telefon oğurlaması da müəyyən edilmişdir
24 noyabr 2021

Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş A.Məmmədovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun avtomobillərin təmiri sexlərindən ayrı-ayrı vətəndaşlara məxsus 3 mobil telefon oğurlaması da müəyyən edilmişdir.  

Oğurluqda şübhəli bilinən Yevlax rayon sakinləri İ.Bəkirov və A.Abdullayev saxlanılmışlar
24 noyabr 2021

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 1 mağazadan 500 manat dəyərində qol saatı və 3 ədəd  mobil telefon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri İ.Bəkirov və A.Abdullayev saxlanılmışlar.

Sumqayıt şəhər sakini T.Səfərbəyovdan 50 qramdan artıq heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür
24 noyabr 2021

Sumqayıt ŞPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş T.Səfərbəyov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 50 qramdan artıq heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. 

Gün ərzində törədilmiş 61 cinayətin üstü “isti izlər”lə açılmışdır
24 noyabr 2021

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 61 cinayətin üstü “isti izlər”lə açılmışdır.  

  • Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunmuşdur.    
  • Axtarışda olduğuna görə ümumilikdə 76 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 59 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır.   
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 30 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılmışdır.