Baş Narkotiklərlə Mübarizə İdarəsi artıq sosial şəbəkələrdədir
06.07.2021
17:07
Sosial şəbəkə istifadəçiləri artıq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin gündəlik fəaliyyətinin nəticələrini ilk mənbədən əldə edə, o cümlədən ictimai əhəmiyyətli maarifləndirici məlumatlarla tanış ola biləcəklər.
Əksər hallarda sosial şəbəkələrdə paylaşılan qeyri-obyektiv, heç bir əsası olmayan, bəzi hallarda cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi güdən informasiyaların mənfi təsirlərini nəzərə alsaq, hər bir şəxs üçün məlumatların əlçatanlığını və operativliyini təmin etmək bu baxımdan olduqca əhəmiyyətlidir.
Səhifələrdə narkomaniyanın cəmiyyətə və insan sağlamlığına ziyanı, fəsadları və sağlam həyat tərzinin təbliğinin vacibliyi, həmçinin daxili işlər orqanları tərəfindən bu bəlaya qarşı ciddi və qətiyyətli mübarizə aparılması barədə xəbərlərin operativ və obyektiv yayımının təşkili diqqətdə saxlanılır.
Vətəndaşlar aşağıdakı linklər vasitəsi ilə həmin səhifələrə daxil ola və abunə yazılmaqla məlumatları əldə edə bilərlər: