Axtarış

Virtual Karabakh Justice for khojaly

Şəhidlər unudulmur, unudulmayacaq da…

19.01.2021 12:55

 20 Yanvar faciəsinin 31-ci ildönümü ərəfəsində həmin qanlı gecədə həyatını itirən polis əməkdaşlarının ailə üzvləri ilə Daxili İşlər Nazirliyində görüş keçirilib.
Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə şəhid ailələrinin problemləri və onları narahat edən məsələlərlə maraqlanılıb. Onların qeyd etdikləri məsələlərin həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyi və müraciətlərin nəzarətdə saxlanılacağı qeyd edilib.

Şəhid ailələri 20 Yanvarda şəhid olan oğul və qızlarımızın xatirəsinin dövlətimiz, həmçinin DİN rəhbərliyi tərəfindən daim hörmətlə anıldığını, ailələrinə hər zaman maddi və mənəvi yardımın edildiyini vurğulayıb, göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.
Sonra şəhid ailələrinə maddi yardım təqdim olunub.