Axtarış

Virtual Karabakh Justice for khojaly

Yeni inzibati binalar istifadəyə verilib

24.12.2020 16:57

 Dekabrın 24-də Daxili İşlər Nazirliyinin Sabunçu rayonunun Nardaran qəsəbəsindəki xidməti binası və Əlahiddə Çevik Polis Alayının yeni korpusu istifadəyə verilib.
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov hər iki tədbirdə iştirak edib.  

Nazir görülən işləri yüksək qiymətləndirib, şəxsi heyətin daha səmərəli fəaliyyət göstərməsi üçün yaradılan şəraitdən məmnunluğunu bildirib, konkret tapşırıq və tövsiyələrini verib. O qeyd edib ki, daxili işlər orqanlarının maddi-texniki bazasının, əməkdaşların xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Yeni inzibati binaların istifadəyə verilməsi də şəxsi heyətə dövlət qayğısının  növbəti əyani təzahürüdür.

Nazir V.Eyvazov Daxili İşlər Nazirliyinin hərbi qulluqçularına və əməkdaşlarına göstərilən ali diqqət və qayğıya görə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlığını bildirib və onu əmin edib ki, daxili işlər orqanlarının şəxsi heyəti göstərilən dövlət qayğısını və yüksək etimadı xalqına, Vətəninə sədaqətli xidməti ilə doğruldacaqdır.