Axtarış

Virtual Karabakh Justice for khojaly

Press-relizlər

tarixindən tarixinə
Daxili İşlər Nazirliyi piyada və sürücülərə müraciət etdi
24 noyabr 2021 14:53Əziz həmvətənlər!
Yol-nəqliyyat hadisələri üzrə tərəfimizdən aparılan təhlillər göstərir ki, cari ilin 10 ayı ərzində respublika ərazisində baş vermiş qəzaların 42, Bakı şəhəri üzrə isə 57 faizini piyadaların vurulması təşkil edir. Araşdırmalar deməyə əsas verir ki, belə hallarda  bu qəzalarda sürücülərlə yanaşı piyadaların da təqsiri olur.
Azərbaycan DİN-in nümayəndə heyəti İNTERPOL-un Baş Assambleyasının sessiyasında iştirak edir
24 noyabr 2021 11:10Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimovun rəhbərliyi ilə İNTERPOL-un Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Əlaslan Ağayev, Büronun şöbə rəisinin müavini, polis polkovniki Hamlet Babayev və DİN-in Türkiyədəki nümayəndəsi, polis polkovniki Elşad Süleymanovdan ibarət nümayəndə heyəti Beynəlxalq Kriminal Polis Təşkilatı - İNTERPOL-un Baş Assambleyasının 2021-ci il 23-25 noyabr tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən 89-cu sessiyasında iştirak edirlər.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatı
15 noyabr 2021 09:43Polis və prokurorluq əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətl hadisəsinin üstü “isti izlərlə” açılıb.
Azərbaycan Respublikası Baş Prokuroluğunun və Daxili İşlər Nazirliyinin birgə məlumatı
13 noyabr 2021 11:50

13 noyabr 2021-ci il tarixdə saat 07:12-də Azərbaycan Respublikasının Xankəndi şəhərindən Xankəndi-Laçın şosse yolu ilə 48-MN-048 ER dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan Ermənistan Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdlü Norayr Mirzoyan və qeyriləri Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin və Rusiya Federasiyasının sülhməramlı kontingentinin hərbi qulluqçularının həyatını təhlükəyə atmaqla əl qumbarasını onların istiqamətində atmışdır.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatı
11 noyabr 2021 12:00Polis və prokurorluq əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Sumqayıt ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilmişdir.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətinə
08 noyabr 2021 15:27Dövlət Başçısının əmri ilə əks-hücum əməliyyatlarına cəlb edilmiş Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları Azərbaycan Ordusu ilə birgə Cəbrayıl, Füzuli, Xocavənd, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər və Laçın istiqamətlərində döyüşlərdə mərdlik, igidlik və cəsarət göstərdi, qarşıya qoyulmuş bütün tapşırıqları uğurla yerinə yetirdi.
Nazir V.Eyvazov növbəti sıra baxışı keçirib
03 noyabr 2021 17:35Noyabrın 3-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun iştiraki ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirilmişdir.
Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Cinayətkarlıqla mübarizə ilə bağlı xərclər” üzrə İşçi qrupunun növbəti iclası keçirilmişdir
26 oktyabr 2021 12:00Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyası tərəfindən cari il üçün müəyyən edilmiş iş qrafikinə uyğun olaraq video-konfrans formatında Komissiyanın “Cinayətkarlıqla mübarizə ilə bağlı xərclər” üzrə İşçi qrupunun növbəti görüşü keçirilmişdir.
Qanunun tələblərinin icrası diqqət mərkəzindədir
15 oktyabr 2021 12:35Daxili İşlər Nazirliyi tərəfindən “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Qanunun tələblərindən irəli gələn vəzifələrin icrası diqqət mərkəzində saxlanılır.
MDB Daxili İşlər Nazirləri Şurasının iclası keçirilib
11 oktyabr 2021 16:21Oktyabrın 11-də Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının onlayn formatda növbəti iclası keçirilib.